Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“İrandakılar Ermənistanı daim antiAzərbaycan materiallarla təmin edirlər”

05.03.18, 10:46
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanın 2008-ci ildə tikintisinə başladığı Şimal-Cənub magistral yolu ölkə iqtisadiyyatının inkişafı üçün nəzərdə tutulmuşdu. Lakin zaman keçdikcə məlum oldu ki, bu yol nəinki iqtisadiyyatı inkişaf etdirməyəcək, əksinə, ona böyük zərbə vuracaq.
Bu fikirlər “Armtimes” saytında yer alıb. Sayt bildirir ki, İran ilə Ermənistanı birləşdirəcək yolun çəkilişi ilkin mərhələdə 962 milyon dollar həcmində qiymətləndirilirdi. Lakin yolun heç yarısı çəkilməmiş məlum oldu ki, bu layihənin reallaşması üçün 2 milyard dollar vəsait lazımdır. Sonra isə dünyada iqtisadi böhran baş verdi və yolun çəkilməsi üçün 3 milyard dollara ehtiyac olduğu ortaya çıxdı. Yolun çəkilişi üçün indiyədək xərclənən vəsaiti dövlət beynəlxalq banklardan kredit alaraq sərf edib. Yolun tamamlanması üçün yeni kreditlərin alınması planlaşdırılır.
Sayt yazır:“Tutaq ki, hökumət kreditləri cəlb etməklə yolu tikib başa çatdırdı. Belə olan halda tikintiyə sərf olunan kredit hansı gəlirlər hesabına qaytarılacaq?”. Şimal-Cənub yolunun gəlir gətirilməsi gözlənilmir. Əvvəla İran bu layihəyə qoşulmaq üçün heç bir maraq göstərmir. Digər tərəfdən isə yolun beynəlxalq əhəmiyyəti demək olar ki, yoxdur. Beləliklə, aydın olur ki, hökumətin bu layihəsi iqtisadiyyatı dirçəltmək əvəzinə onu daha da pis vəziyyətə salacaq. Çünki alınan milyonlarla krediti faizi ilə birlikdə qaytarmaq lazım olacaq. Bu isə onsuz da yaxşı vəziyyətdə olmayan iqtisadiyyatı uçurumun kənarına gətirib çıxaracaq.
Ermənistan hökuməti elə zənn edirdi ki, Şimal-Cənub magistral avtomobil yolunu çəkməklə tranzit ölkə kimi Cənub–Şərqi Asiya respublikaları ilə Rusiya və Avropanın nəqliyyat baxımından birləşməsində aparıcı rol oynayacaq. Beləliklə də Ermənistan həm tranzit gəlirlər əldə edəcək, həm də siyasi zəmanət qazanacaq. Yəni, mallarını Ermənistan üzərindən daşıyan dövlətlər ölkədə ictimai-siyasi sabitliyin qorunmasında və Dağlıq Qarabağın işğal altında saxlanılmasında rəsmi İrəvanın mövqeyini müdafiə etmək məcburiyyətində olacaqlar.
Lakin Prezident İlham Əliyevin Azərbaycanı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasına cəlb etməsi ilə Ermənistanın planı alt-üst oldu. Azərbaycanın coğrafi və geosiyasi mövqeyini olduqca düzgün qiymətləndirən Prezident İlham Əliyevin təklif etdiyi variant İran, Avropanı və Cənub-Şərqi Asiya dövlətlərini daha çax cəlb etdi. Prezident İlham Əliyev dünyanın iki böyük qitəsini birləşdirəcək nəqliyyat dəhlizinin Azərbaycan üzərindən keçməsi ilə daşımaların tez və ucuz həyata keçirilməsini təklif etdi. Bundan başqa, malların və nəqliyyat vasitələrinin təhlükəsizliyinin təmin olunmasına zəmanət verdi. Azərbaycan öz iqtisadi potensialından istifadə edərək bu istiqamətdə böyük işlər gördü. Astara (Azərbaycan) – Astara (İran) dəmir yolu xətti qısa zaman kəsiyində tikilərək istifadəyə verildi. İran Astarasında yük terminalının tikintisində fəal iştirak etdi və İrana Qəzvin-Rəşt dəmir yolunun Astara (İran) şəhərinə kimi çəkilməsi üçün 500 milyon dollar güzəştli kredit ayırdı. Yaxın gələcəkdə Hindistanın Mumbay limanından çıxan yük gəmiləri İranın Fars körfəzindəki Bəndər-Abbas limanına yan alacaq. Buradan isə yüklər Qəzvin-Rəşt-Astara dəmir yolu vasitəsi ilə Azərbaycan üzərindən keçməklə Rusiya və Avropa ölkələrinə daşınacaq.
Azərbaycan Prezidentinin təşəbbüsü İran və Rusiya ilə yanaşı, Avropa və Cənub-Şərqi Asiya dövlətləri tərəfindən də dəstəkləndi. Bununla da Azərbaycan 7 min 200 kilometrlik beynəlxalq nəqliyyat layihəsinin iştirakçısına və Asiya ilə Avropanı birləşdirən nəqliyyat məntəqəsinə çevrildi.
Martın sonunda İran Prezidenti Həsən Ruhaninin Azərbaycana rəsmi səfəri nəzərdə tutulub. Səfər çərçivəsində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu xəttinin rəsmi açılışı da gözlənilir. Bu açılışdan sonra Ermənistan İranın da iştirakını gözlədiyi Şimal-Cənub magistral yol çəkilişi layihəsini birdəfəlik dəfn edə bilər. Yaxşı olar ki, Ermənistan yolun çəkilişini yarımçıq saxlayıb (onsuzda yarımçıq qalıb) aldığı kreditləri qaytarmaq haqqında düşünsün.
Azərbaycan Prezidentinin strateji addımları Ermənistanı regionda həyata keçirilən bütün beynəlxalq iqtisadi layihələrdən kənarda saxlayıb. Ermənistan işğal siyasətinə son qoymayana qədər bu siyasət davam edəcək. Artıq Ermənistan çıxılmaz vəziyyətə düşüb. Əslində isə Ermənistanın vəziyyətdən çıxış yolu var. Bu yol Dağlıq Qarabağı işğaldan azad etmək və qonşulara ərazi iddialarına son qoymaqdan ibarətdir.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə Azərbaycanın İran iqtisadiyyatı üçün əhəmiyyətindən və Ermənistan İran arasındakı əlaqələri şərh edib.
O bildirib ki, Təbriz əhalisi ilə görüş zamanı İranın ali rəhbəri adəti üzrə çox məsələlərə toxundu, İranın iqtisadi vəziyyətinə dair tövsiyələr verdi. Onun sözlərinə görə, müqavimət iqtisadiyyatını inkişaf etdirmək daxili iqtisadi siyasətin, Qərbə nisbətən Şərqə üstünlük vermək isə xarici iqtisadi siyasətin əsas prioriteti elan etdi: “Sonuncu fikrini bir az da izah etdi: “Qonşunu uzaqdan üstün tutmaq, bizimlə oxşarlıq və bağlıqları olan ölkələri digərlərindən üstün tutmaq”. İranın rəsmi davranışına görə oxşarlıq və bağlıqları olan ölkələrin sayı cəmi 4-dür. Bu 4 dövlət də iki qrupa bölünür. I. Dil üzrə Tacikistan və Əfqanıstan, II. Din üzrə İraq və Azərbaycan. Bu 4 dövlətdən yalnız Azərbaycanın iqtisadiyyatı İran üçün donor rolunu oynaya bilər və artıq oynayır. Azərbaycan İran dəmir yoluna artıq 1 milyard dollar güzəştli şərtlərlə kredit ayırıb. Lazım gələrsə əlavə də investisiya qoyacaq. İndiki halda Əfqanıstan, Tacikistan və İraqla iqtisadi münasibətləri inkişaf etdirmək İrandan sərbəst maliyyə vəsaiti tələb edir. Belə vəsait indi İranda yoxdur.
Ali rəhbərin bu vacib bəyanatı İranın Azərbaycana qarşı işləyən mətbuatı tərəfindən görməməzliyə vuruldu. Bu İranın Azərbaycana qarşı işləyən mətbuatının mahiyyətini sübut edir: İranla Azərbaycan arasında gərginlik yaratmaq. İranın Azərbaycana qarşı işləyən mətbuatı dəfələrlə İran siyasiləri və hərbçilərinin İraq və Suriyada baş verənlərə dair təhdidlərini Azərbaycana aid ediblər. Amma İran mətbuatı bunu özbaşına etmir. İranın Ali rəhbərinin bəyanatlarını təftiş edən qrup İranın Ali rəhbərinin özünün ofisində yerləşir. Bu qrup Ərdəbilin imamcüməsi S.H.Amiliyə antiAzərbaycan təlimat göndərən kimi həmin məlumatı Ermənistandakı “iranşünaslara” da ötürür.
Ali rəhbərin müşavirlərindən birinin kuratoru olduğu bu qrupla digər yüksək çinli İran rəsmilərinin əlaqəsini istisna etmirik.
Ehtimal ki, İranda hakimiyyət uğrunda mübarizə çoxdan başlayıb. Ali rəhbərin ən yaxın ətrafında olanların bəziləri Ali rəhbər postunda özlərini görmək istəyirlər. Ermənilərlə əlaqə bu şəxslərə Rusiyanın hakim elitası ilə özəl əlaqələr qurmaq üçün lazımdır.
Ermənistanla iş aparan qrupun digər üzvlərinin də şəxsi maraqları var. Ermənistan ABŞ-a saxta vizalar düzəltmək üzrə ixtisaslaşmış şəxslərlə zəngindir. Ermənistanda xarici pasport açıq satışdadır. Bir çox xarici dövlətlərin vətəndaşları Ermənistanın bu xidmətindən istifadə ediblər. Bu kontekstdən İranın adı çəkilməsə də İran vətəndaşlarının da ABŞ-a marağı hamıya bəllidir. Rəsmi məlumatlara görə İranın təhsilli əhalisinin 25 faizi Kanada və Avstraliyaya miqrasiya etmək istəyir. Gürcüstanda da İran vətəndaşlarının Aİ-yə viza alması məsələsi ajiotaj yaradıb. Bu barədə bu məsələyə hətta İranın Gürcüstandakı səfirliyi müdaxilə etdi. Bu fonda İran vətəndaşlarının Ermənistandan viza və pasport alması ilə bağlı məlumatların yayılmaması başa düşüləndir.
Beləliklə, hakimiyyət uğrunda mübarizə aparan və xaricə köçmək istəyən iranlılar üçün Ermənistan əvəzedilməz dövlətdir. Bunu reallaşdırmaq üçün İrandakılar Ermənistanı daim antiAzərbaycan materiallarla təmin edirlər. Son illərdə İranın Ermənistan vasitəsilə Türkiyəyə qarşı hər hansı təbliğat aksiyası reallaşdırdığına rast gəlməmişik. Ona görə də birmənalı şəkildə demək mümkündür ki, İran Ermənistan əlaqələri İran İslam qurluşuna xəyanətkar mövqeyə malik, həm də antiAzərbaycan bir qrup İran vətəndaşının marağının təmin etmək məqsədi daşıyır.
İranın Azərbaycanla iqtisadi münasibətləri H.Ruhaninin prezidentliyi dövründə deyil, M.Əhmədnecadın dövründə qurulsaydı, İran daha çox udan dövlət olacaqdı. M.Əhmədinecadın dövründə Azərbaycan indikindən daha varlı idi. “Şimal-Cənub” dəmir yolu o zaman işə düşsəydi hər il ən azı İranın iqtisadiyyatına 1 milyard valyuta qazandıracaqdı. M.Əhmədinecadın dövründə İran Azərbaycanın qaza olan daxili tələbatını ödəyə bilərdi. Azərbaycan sərbəstləşmiş qazını dünya bazarına çıxarıb, pulunu İrana verə bilərdi. Bu, təxminən ildə 12-13 milyard m3 qazın
Avropaya satılması və hər il 3-4 milyard dollar xalis valyuta gətirməsi demək idi. Azərbaycan tərəfdən publik şəkildə bu mövzuda dəfələrlə təkliflər səsləndirilmişdi. Əhmədinecad bunları bilə-bilə etmədi. Əvəzində Ermənistan üçün 7 milyard dollarlıq iqtisadi layihə reallaşdırmağa cəhd etdi. Təbii ki, alınmadı. S.Sərkisyanın Novruz bayramında İrana səfər etməsi üçün M.Əhmədinecad ona 60 milyon dollar hədiyyə verdi.
Ali rəhbərin ofisinin ətrafında olan qrupun fəaliyyəti davam etdikcə İran özü zərərdə olacaq. Amma nə zamansa Ali rəhbərin bütün bu baş verənlərdən xəbəri olacaq. Ətrafındakı şəxslərin Ermənistanla əlaqələrinin İslam qurluşuna qarşı yönəldiyinin mahiyyətini başa düşəcək və buna reaksiya verəcək".

Əli

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)