Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Şist nefti istehsalı artacaq

05.03.18, 13:01
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Şist nefti istehsalı 2023-cü ildə sutkalıq 17 milyon barrelə çatacaq. Bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) 5 illik bazar analizini əhatə edən “Neft 2018 Hesabatı”nda deyilir. Hesabata görə, qlobal neft tələbatının artmasına başda ABŞ olmaqla şist nefti inqilabı öz təsirini göstərəcək. 2017-ci ildə gündəlik 13,2 milyon barrel olan şist nefti istehsalının 2023-cü ildə sutkalıq 17 milyon barrelə çatacağı təxmin edilir. “Venesuelanın neft istehsalı son 20 ildə yarı-yarıya azalıb və bu enişin davam etməsi gözlənilir. Bu istehsal itkisinin İraq tərəfindən kompensasiya ediləcəyini nəzərdə tutulur”, - deyə hesabatda bildirilir.
Qeyd edilir ki, Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə neft hasilatının azaldılmasına paralel olaraq 2020-ci ilə qədər qlobal neft tələbatındakı böyümənin 80 faizi təkcə ABŞ tərəfindən qarşılanacaq. Qalan hissənin isə Braziliya, Kanada, Norveç və digər IEA-ya üzv ölkələr tərəfindən qarşılanacağı gözlənilir. Hesabatı şərh edən IEA-nın icra direktoru Fatih Birol deyib: “ABŞ qarşıdakı 5 ildə qlobal neft bazarına öz təsirini göstərəcək. Çin tələbat artımında əsas faktor olmaqda davam edəcək. Lakin ölkənin hava çirkliliyi ilə mübarizə siyasəti bu böyüməni yavaşladacaq”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)