Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənisatnda kimin hakimiyyətdə olmasına və idarəetmə formasına baxmayaraq dövlət siyasətinin ana xətti dəyişməzdir”

06.03.18, 10:08
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əli Orucov: “Bu siyasət də işğalçlılıq, separatizm və terrorun dövlət siyasəti səviyyəsində davam etdirilməsidir”

“Seçkilərdən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesi intensivləşdiriləcək”. Bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Mərakeşin xarici işlər və beynəlxalq əməkdaşlıq üzrə naziri Nasser Bourita ilə görüşünün yekununda mətbuat konfransı zamanı deyib: “Prezidentin tapşırığından və Krakovda həmsədrlərlə görüşdən sonra prezident seçkilərinin ardından danışıqlar prosesini intensivləşdirmək qərarına gəldik”.
Qeyd edək ki. Eermənistanda artıq seçkilər başa çatıb və hazırki prezident Armen Sərkisyandır. Bəllidir ki, danışıqlar prosesini hər zaman Ermənistan tərəfi pozub. İrəvan hər vəchlə status-kvonu saxlamağa cəhd edib. Müxtəlif zamanlarda danışıqlar prosesində canlanma yaranıb, amma son anda Ermənistan qeyri konstruktiv mövqeyindən əl çəkməyib. Nəticədə heç bir nəticə əldə olunmayıb. Əksər ekspertlər hesab edirlər ki, Ermənistan yeni preziddent dönəmində də ənənəvi siyasətini davam etdirəcək.
Siyasi şərhçi Əli Orucov “Xalq Cəbhəsi”nə dedi ki, Ermənistan konstitusiyasına edilən son dəyiçikliklərlə ölkə parlament üsul-idarəsinə keçdi. Onun fikrincə, prezidenti daha əvvəli kimi xalq yox, parlament seçir: “Baş nazirə geniş səlahiyyətər verilir. Ermənisatnda kimin hakimiyyətdə olmasına və idarəetmə formasına baxmayaraq dövlət siyasətinin ana xətti dəyişməzdir. Bu siyasət də işğalçlılıq, separatizm və terrorun dövlət siyasəti səviyyəsində davam etdirilməsidir. Ermənistanın mövqeyi açıqdır, Qrabağ Azərbaycanın tərkib hissəsində olmayacaq. İrəvanın danışıq predmeti Dağlıq Qarabağa bitişik işğal olunmuş ərazilərimizdir. Təəssüf ki, sülh prosesində ermənilər işğal olunan rayonlardan nizmlanma prosesindən kart kimi istifadsindən əl çəkməyib. Halbuki BMT qətnamələrinə görə Dağlıq Qarabağ, ətrafındaki işğal olunmuş rayonlardan erməni silahlı qüvvələri qeyd-şərtsiz çıxarılması tələbi var. Müzakirələr ancaq keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti hüdudlarında aparılmalıdır. Eyni zamanda, Ermənistan parlamenti münaribə tərəfdarlarının əlindədir. 131 parlament üzvləridən 40-a yaxın deputat Ermənisatanın Azərbaycana qarşı işğalıçılıq müharibəsində birbaşa və ya dolayısı ilə iştirak edib. Üstəlik də Dağlıq Qarabağ münaişəsni yaradan və indiyədək həllinə maneçilik törədən Rusiyanın da nizmlama ilə bağlı siyasi iradəsi yoxdur. Demək konstruktiv mövqedən danışmaq mümkün deyil”.
Politoloq Arzu Nağıyev isə deyib ki, Armen Sarkisyan prezident kürsüsünə əyləşdirildi və Serj Sarkisyana bu lazım idi: “O, bununla Qərbyönümlü bir şəxsin dövlət başçısı olacağına dair həm Rusiyaya, həm Avropaya və ABŞ-a mesaj verdi”. Onun sözlərinə görə, burada məqsəd alternativ seçim imkanının olduğunu Qərbə göstərmək idi: "Eyni zamanda, Serj Sarkisyanı Qarabağ klanının deyil, Ermənistan klanının da əvəz edə biləcəyinə dair rəylər var idi. Amma bunu əvvəlcədən düşünərək elə şəkildə etdilər ki, yeni seçilən şəxs ali baş komandan olmasın. Həmçinin, yeni prezidenti bütün siyasi proseslərə təsir etmək səlahiyyətlərindən məhrum etdilər. Ona görə də aprel ayının 9-da keçiriləcək baş nazir seçkilərində Serj Sarkisyanı hökumət rəhbəri postuna gətirməklə ali baş komandan olmasını təmin etmək istəyirlər. Armen Sarkisyanın prezident seçilməsi üçün 79 səs kifayət idi. Bu o deməkdir ki, Ermənistan əhalisinin cəmi 79 nəfəri prezident seçib.
A.Nağıyev əlavə edib ki, ümumiyyətlə, Ermənistanda bütün seçki prosesi Dağlıq Qarabağ probleminin üzərində qurulub: "Separatçılara müstəqillik, ermənilərə isə rifah söz verilir. Buna baxmayaraq, separatçıların müstəqilliyini də dəstəkləyə bilmir, xalqın rifah halını da düzəldə bilmir. Yəni problemlər yaşanmaqda davam edəcək. Beləliklə, Serj Sarkisyan öz üzərinə düşən bir sıra məsələləri Armen Sarkisyanın üzərinə qoydu".
Cənubi Qafqazda Sülh və Təhlükəsizlik İnstitutunun rəhbəri, politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Armen Sərkisyan formal olaraq prezident səlahiyyətlərini idarə edəcək və hər bir sahədə olduğu kimi Dağlıq Qarabağ problemi, aparılan danışıqlar prosesində də əsas söz sahibi yenə Serj Sərkisyan olacaq. Onun sözlərinə görə, Serj Sərkisyan Dağlıq Qarabağ danışıqlarında bilavasitə özü iştirak edəcək: "Ermənistan parlamentində keçirilən seçkilərdə hakim Respublika partiyasının namizədi Armen Sərkisyan gözlənildiyi kimi prezident seçildi. Serj Sərkisyanın ssenarisi ilə hakimiyyət strukturlarında dəyişilik, heç də bu ölkədə iqtisadi inkişafa təkan verməyəcək. Sadəcə olaraq, bu yerdəyişmə "Qarabağ klanı"- müharibə partiyasının hakimiyyətdə qalmasına hesablanıb. Qeyd edim ki, aprel ayının 2-də Ermənistan parlamentinə keçirilən seçkilərdə də Serj Sərkisyanın sədri olduğu hakim Respublika partiyası saxtakarlıq yolu ilə parlamentdə çoxluğu əldə edəcək. Bununla da partiya sədri Serj Sərkisyan baş nazir seçiləcək və struktur yerdəyişmələrə yekun vurulacaq". Politoloq Məhəmməd Əsədullazadə deyir ki, baş nazir kimi Serj Sərkisyan ölkədə bütün rıçaqları əlində saxlamaqla, ölkənin Rusiyadan aslılığını artıracaq. Onun sözlərinə görə, hazırda baş nazir olan Karen Karapetyanın siyasi aqibətinə gəlincə, çox gümanki baş nazirin birinci muavini kimi iqtisadi sahəni kurasiya edəcək. İnstitut rəhbəri onu da bildirib ki, Qarabağ problemi üzrə Azərbaycanla aparılan danışıqlar prosesini də Serj Sərkisyanın aparması gözlənilir: "Prezident kimi Armen Sərkisyanın danışıqlarda iştirak səlahiyyəti yoxdur. Əsas məsələ budur ki, Serj Sərkisyanın aparacağı danışıqların mahiyyəti parlamentdən asılı olacaq. Əsas qərarverici struktur parlament olacaq. Serj Sərkisyan bundan istifadə edərək, manevr siyasəti aparacaq. Özünü kompromis kimi göstərsə də, əsas sözü parlament deyəcək kimi siyasi avantüraya əl atacaq". Məhəmməd Əsədullazadə qeyd edib ki, apreldən sonra Ermənistan rəhbərliyi ilə mümkün diplomatik danışıqların uğursuz olacağı qənaətindədir: "Xüsusi olaraq qeyd edim ki, Qarabağ konflikti elə bir mürəkkəb problem deyil. Bu münaqişəni mürəkkəb edən vasitəçi ölkələr, xüsusilə Rusiya Federasiyasıdır. 2016-cı il aprel döyüşlərindən sonra, Ermənistanın siyasi-hərbi rəhbərliyi kompromisə hazır idi. Ərazilərin boşaldılması reallaşa bilərdi. Məhz bunun qarşısını Rusiya aldı. Əgər, Rusiya Federasiyası neytral olarsa, Ermənistan işğal olunmuş əraziləri dərhal boşaldıb, kompromisə gedə bilər. Bu bir reallıqdı. Onu da qeyd edim ki, nə qədər Rusiyanın hərbi bazası Ermənistandadır və Rusiya regiondan çıxmayıbsa, Dağlıq Qarabağ probleminin həlli istiqamətində aparılan danışıqlar məntiqsiz və səmərəsiz olacaq". Politoloq bu ərəfədə Birləşmiş Ştatların Moskvaya tətbiq etdiyi sanksiyalara da toxunub və bu sanksiyaların regiona da təsirsiz ötüşmədiyini söyləyib. O, bildirib ki, Birləşmiş Ştatların Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar Azərbaycanın milli təhlükəsizliyinin qorunmasında və dövlət maraqlarına uyğundur: "Rusiya zəiflədikcə, ölkəmizin müstəqil və manevr siyasəti güclənər. Bundan əlavə, Birləşmiş Ştatların sanksiyaları Kremlin orbitində olan rejimlərin laxlamasına gətirib çıxara bilər. Düşünürəm ki, hazırda Azərbaycanın müdafiə və hücum qabiliyyətini inkişaf etdirməsi, müasir silahlarla təmin olunması Ermənistan üzərində əzici hərbi üstünlüyü saxlayır".
Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov isə deyib ki, Ermənistanda yeni prezidenti istər Qərb meylli, istərsə Rusiya meylli olsun, Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca, onlar öz işğalçı siyasətlərindən əl çəkmədikcə bu dövlətdə heç bir inkişafdan söz gedə bilməz. O qeyd edib ki, Ermənistan bütün layihələrdən təcrid edilib və heç bir təbii resursu yoxdur: “Bu baxımdan yalnız İran Ermənistanın yeganə pəncərəsidir. Hesab edirəm ki, Ermənistanda siyasi fiqurların yerdəyişməsi heç bir inkişafa gətirə bilməz. Əsas fiqurların yox, real siyasi istiqamətin dəyişməsidir”. Politoloq əlavə edib ki, rəsmi Yerevanın prioritetləri buna yönəlməlidir: “İnanmıram ki, Ermənistan bundan sonra hansısa inkişafa nail olsun”.

Əli

Bu xəbər oxundu
- - -