Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cümhuriyyəti - 100”

06.03.18, 10:04
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Daşkənddə bu mövzuda məqalə müsabiqəsi elan edilib
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə əlaqədar “Şərqin ilk parlayan ulduzu-Azərbaycan Xalq Cümhuriyyəti – 100” adlı məqalə müsabiqəsi elan edib. Yazılarda 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyətinin əldə etdiyi uğurlar, dövlətçilik və müstəqillik tarixində oynadığı müstəsna rol, həyata keçirilən böyük islahatlar və bu respublikanın müasir Azərbaycanın müstəqilliyinə, onun inkişafına təsiri və s. məsələlər əks ediləcək. Yazılara qoyulan tələblərdə fikirlərin dəqiq, obyektiv olması, mənbələrə əsaslanması, habelə bu əhəmiyyətli hadisənin Azərbaycan xalqının istiqlal tarixində oynadığı mühüm rolun aydın göstərilməsi vacib şərt kimi qeyd olunur. Məqalələr 3-5 vərəq həcmində müəyyən edilib.
Müsabiqənin şərtlərinə əsasən material özbək, Azərbaycan, rus və ingilis dillərində ola bilər və yazılara AMM-də yaradılan komissiya tərəfindən baxılacaq. Müsabiqəyə bu ilin may ayının 20-də yekun vurulacaq, qaliblər Mədəniyyət Mərkəzinin xüsusi mükafatları və fəxri diplomları ilə təltif olunacaqlar. Ən yaxşı mükafata layiq görülən yazı Mədəniyyət Mərkəzinin Azərbaycan tarixi muzeyindəki “Azərbaycan Xalq Cümhuriyyəti” guşəsinə yerləşdiriləcək və daim sərgilənəcək.

Bu xəbər oxundu
- - -