Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistan meydanda tək qaldı

07.03.18, 10:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Erməni siyasətçilər Rusiyanın Azərbaycana silah satışının qarşısını almaq üçün əllərindən gələni edirlər. Bu dəfə Moskva-İrəvan-Bişkek-Astana telekörpüsünün əsas müzakirə mövsuzu da bu olub - bu satış biznesdir, ya anomaliya olduğunu tapmağa çalışıblar.
"Əgər Azərbaycan Rusiyadan silah-sursat ala bilməsə, o bunu hansısa başqa ölkədən əldə edəcək". KTMT-nin birləşmiş qərargahının rəisi, general-polkovnik Anatoli Sidorov belə deyib. Onun sözlərinə görə, əgər kimsə nə isə almaq istəyirsə o, bunu mütləq edəcək. Alınan məhsulun silah və ya geyim olmasından asılı olmayaraq bu prinsip hər zaman işləyir. Bundan başqa rus general bir daha bildirib ki, əgər qarabağda hərbi əməliyyatlar başlasa KTMT buna dəstək verməyəcək.
Ermənilər layiqli cavablarını alıblar. Amma rusiyalı jurnalist ermənipərəst Stanislav Tarasov bununla razı deyil. O hesab edir ki, Rusiyada spekulyantlar (möhtəkir) var və Azərbaycana silah satışını da onlar həyata keçirirlər. Onun konkret olaraq kimi nəzərdə tutduğunu tapmaq isə Rusiya istintaq orqanlarının işidir. Görünür ki, ölkə rəhbərliyini nəzərdə tutub. Axı silah onların birbaşa nəzarəti altında satılır.
Xatırladaq ki, bir müddət öncə Belarusda Rusiyanın ermənipərəst portalı olan “Regnum”un bir neçə əməkdaşı istintaqa cəlb edildi. Tarasov da məhz burada çalışır.Onun da tezliklə rəsmi şəxslərə qarşı səsləndirdiyi ittihamlara görə cavab verəcəyinə inanmaq istəyərdik.
Sabiq dövlət müşaviri Qabil Hüseynli Kollektiv Təhlükəsizlik müqaviləsi Təşkilatının Baş Qərargah rəisi general-polkovnik Anatoli Sidorovun açıqlamasını şərh edərkən deyib ki, Azərbaycan müharibəyə başlayarsa, bu prosesə nə KTMT, nə də Rusiya qoşula bilər. Çünki bu, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən prosesdir.
Politoloq hesab edir ki, Azərbaycan öz daxilində separatizmə qarşı mübarizə adı altında hərbi əməliyyatlara başlaya bilər:
“Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir və dünyanın heç bir ölkəsi onun müstəqilliyini tanımayıb. O üzdən Azərbaycan müharibəyə başlayarsa, bu prosesə nə KTMT, nə də Rusiya qoşula bilər. Çünki bu, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda gedən prosesdir. Düşünürəm ki, Moskva bu prosesə zərrə qədər də müdaxilə etməməlidir. Son zamanlar rusiyalı siyasətçilərin bu barədə tez-tez danışması təsüdüf deyil. Görünür, danışıqlar gedir. Hazırda Azərbaycanın əlində çox ciddi faktlar var. Təkcə ermənlərin Dağlıq Qarabağdan kənarda məskunlaşma siyasəti aparması yetərlidir ki, torpaqlarımızın azadlığı üçün müharibəyə başlayaq”.
Politoloq bildirib ki, əgər Rusiyanın Ermənistandakı qoşunları müharibəyə müdaxilə edərsə, bu artıq başqa dövlətin ərazisinə hərbi müdaxilə kimi qəbul ediləcək və məsələ BMT səviyyəsinə qaldırılacaq:
“Hazırda Dağlıq Qarabağda Ermənistan qoşunlarıdır və təlimatçılar işğalçı ölkədəki hərbi bazaların hərbçilərdir. Yəni müharibə prosesində Dağlıq Qarabağı Ermənistan və oradakı rus hərbi bazaları da təchiz edə bilər. Düzdür, bunu sübut etmək o qədər asan olmayacaq. Bakı hər ehtimala qarşı, Moskva ilə danışıqları davam etdirməklə bərabər, seçkilərdən sonra sülh danışıqları prosesini də nəzərdən qaçırmayacaq. Ermənistan onsuz da yenə qeyri-konstruktiv mövqe tutacaq. Azəbaycan bütün bu məsələləri dəqiqləşdirdikdən sonra dünyaya bəyan edə bilər ki, Ermənistan təkcə Dağlıq Qarabağda deyil, onun hüdudlarından kənarda da məskunlaşma və özününküləşdirmə siyasəti apararaq beynəlxalq hüquq normalarını kobud surətdə tapdalayır. Azərbaycan bu fonda öz ərazi bütövlüyünü təmin etmək və məkunlaşma prosesini dayandırmaq üçün əlində olan vasitələrdən istifadə edəcək. Çünki İrəvana Bakıya başqa yol qoymur”.
Rusiya Müsair Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikovun sözlərinə görə, KTMT Birləşmiş Qərargahının rəhbəri, general-polkovnik Anatoli Sidorovun sözlərində hər hansı yeni fikir yoxdur.
“KTMT həqiqətən də müdafiə bloku kim nəzərdə tutulur. Yəni onun mexanizmləri KTMT üzvlərindən birinə qarşı açıq aqressiya halında və yalnız həmin dövlətin bu barədə xahişidən sonra tətbiq edilə bilər. Dağlıq Qarabağ isə KTMT üzvü deyil. Dağlıq Qarabağ ərazisi blokun Ermənistanla bağlı öhdəliklərinin aid olduğu ərazi kimi nəzərdə tutulmur və heç vaxt da tutulmayıb. Xüsusən də Rusiya Federasiyası davamlı şəkildə münaqişənin sülh yolu ilə həlli mövqeyindən çıxış edir.
Odur ki, burada Dağlıq Qarabağ üzrə mövqenin ifadə edilməsi məntiqli və ardıcıl addımdır. Ermənistanla bağlı məsələyə gəlincə isə, Kollektiv Təhlükəsizlik Müqaviləsi imzalayan bütün ölkələr kimi KTMT üzvlərinin bütün hüquq və öhdəlikləri Ermənistana da aiddir”, - deyə Solonnikov bildirib.
Ukrayna Analitik Mərkəzinin prezidenti Aleksandr Oxrimenko isə deyib ki, Rusiya və KTMT üçün Dağlıq Qarabağ problemi aktual deyil və bu səbəbdən KTMT sadəcə olaraq Dağlıq Qarabağda hərbi münaqişəyə müdaxilə etmək istəmir.
“Dağlıq Qarabağ münaqişəsi artıq yetərincə uzun müddətdir ki, uzanır və açıq şəkildə həllə malik deyil. Odur ki, Ermənistanın özü bu problemlə qalıb. Ermənistan düşünür ki, ola bilsin xaricdə ona kömək edə biləcək qüvvələr tapılar. Lakin artıq Rusiya belə bunu etmək istəmir. Bəlkə, artıq danışıqlar masası arxasına əyləşmək və topları çexollamaq vaxtıdır?
Qazaxıstan və Belarusun mövqelərinə gəlicə isə, bu ölkələr hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Onlar Azərbaycanla müharibə etməyəcəklər. Belarus siyasi və iqtisadi baxımdan Ermənistandan çox uzaqdır. Qazaxıstan isə son zamanlar Çinə və Mərkəzi Asiya problemlərinə daha çox meyl edir, bu səbəbdən Ermənistanın problemləri onlara sərfəli və maraqlı deyil. Yalnız Rusiya Ermənistanın müttəfiqi qismində Dağlıq Qarabağla maraqlana bilər, lakin artıq yuxarıda qeyd etdiyim kimi, Rusiya ona kömək etməyəcək”, - deyə A. Oxrimenko vurğulayıb.
Qeyd edək ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Birləşmiş Qərargahının rəisi general-polkovnik Anatoli Sidorov Qarabağda hər hansı savaş başlayacağı təqdirdə separatçılara KTMT tərəfindən hərbi dəstək verilməyəcəyini bildirib.
Bu arada ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur.
Diplomat vurğulayıb ki, ABŞ münaqişənin həlli üzrə danışıqlar prosesini dəstəkləyir və həmsədr ölkə qismində Azərbaycan və Ermənistanla fəal qarşılıqlı fəaliyyəti davam etdirəcək:
“ABŞ-ın uzunmüddətli siyasəti ondan ibarətdir ki, ədalətli nizamlanma beynəlxalq hüquq normaları, o cümlədən Helsinki Yekun Aktı və onun güc tətbiqetməmə, ərazi bütövlüyü prinsiplərinə əsaslanmalıdır”.
E.Şeferin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin 2017-ci il Cenevrədə danışıqlar prosesinin intensivləşdirilməsi və gərginliyin azaldılması ilə bağlı əlavə tədbirlərin görülməsi üçün götürdüyü öhdəliklər bu reallığı əks etdirir:
“Cenevrədəki görüşdən sonra biz münaqişə tərəfləri ilə öhdəliklərin həyata keçirilməsi üçün böyük iş aparmışıq və bu istiqamətdə fəaliyyətimizi davam etdirəcəyik”.
Həmsədr ölkə qismində ABŞ-ın ATƏT Minsk qrupu çərçivəsində danışıqlar prosesinə sadiq qaldığını vurğulayan E.Şefer qeyd edib ki, həmsədrlər tərəflərlə istənilən formatda işləməyə hazırdır:
“Biz çalışırıq ki, prezidentlər və xarici işlər nazirləri əsas məsələlər üzrə, o cümlədən atəşkəs rejiminin qorunmasının vacibliyi və 2017-ci ildə Cenevrədə, eləcə də 2016-cı ildə Vyana və Sankt-Peterburqda qəbul edilmiş qərarların reallaşdırılması üçün addımların müzakirəsinin bərpa olunması məqsədilə qısa zamanda görüşsünlər”.
ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin ofisinin genişləndirilməsi məsələsinə toxunan E.Şefer deyib ki, bu addım tərəflərin qarşıdurma xəttində gərginliyin azaldılması üçün görülən tədbirlərə sadiqliyini nümayiş etdirəcək.
Bakı ilə Yerevanın dayanıqlı sülhə nail olmağa nə dərəcədə yaxın olduğu barədə suala cavab verən həmsədr bildirib ki, münaqişənin həlli üçün sadə yollar yoxdur:
“Mən 2017-ci ilin avqustunda ABŞ tərəfindən ATƏT Minsk qrupunun həmsədri təyin olunmuşam. Fəaliyyətim müddətində mən münaqişənin fərqli aspektləri ilə məşğul olan müxtəlif insanlarla görüşmüşəm. Kifayət qədər təklif və ideyalar eşitsəm də, münaqişənin həlli üçün sadə yol yoxdur”.
Regiona növbəti səfərin tarixi barədə danışarkən diplomat qeyd edib ki, hazırda Minsk qrupu həmsədrlərinin iş cədvəlində bu məsələ yer almayıb, amma onlar regionda seçkilər müddətini nəzərə alaraq tərəflərlə məsləhətləşmələri davam etdirəcək.

Cavid

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)