Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İstanbulda Türkiyə-Rusiya–İran sammiti keçiriləcək

07.03.18, 12:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aprelin 4-də İstanbulda Suriya məsələsi üzrə üçtərəfli Türkiyə-Rusiya–İran sammiti keçiriləcək. Diplomatik mənbələrdən alınan məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ev sahibliyi ilə təşkil olunacaq zirvə görüşündən bir gün əvvəl - aprelin 3-də Türkiyə-Rusiya Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası olacaq. Prezident Vladimir Putin əvvəlcə şura iclasına, sonra isə liderlərin zirvə görüşünə qatılacaq. Sammitin əsas müzakirə mövzusunun Suriya məsələsi olacağı gözlənilir. Görüşdə digər regional məsələlərin də müzakirəsi planlaşdırılır.
Xatırladaq ki, 2017-ci il noyabrın 22-də Türkiyə, Rusiya və İran liderləri Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani Soçidə keçirilən zirvə görüşündə Suriyada terrorla birgə mübarizədə nəzərəçarpacaq uğur qazandıqlarını və bu ölkədəki böhranın nizamlanması üçün yeni mərhələnin başladığını bəyan etmişdilər. Bu prosesdə növbəti addım yanvarın 30-da Suriya Milli Dialoqunun Soçi şəhərində keçirilən konqresi olub. Konqresdə konstitusiya şurasının yaradılması, həmçinin konstitusiya komissiyasının formalaşdırılması barədə qərar qəbul edilib.

Bu xəbər oxundu
- - -