Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Çin vergiləri azaltmaqla doğumun yüksəlməsinə nail olmaq istəyir

07.03.18, 12:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Çin hökuməti fiziki şəxslərin ödədiyi müxtəlif növ vergiləri azaltmaqla ölkədə doğumun sayının yüksəlməsinə nail olmaq istəyir. Bu barədə “Chinadaily.com.cn” nəşri hökumətin hesabatına istinadla məqalə yayıb. Məqalədə deyilir ki, hökumət bununla çox vacib addım atmaqla, insanların yaşayış səviyyəsinin yüksəlməsini, nəticədə daha çox uşağın doğulması ilə demoqrafik vəziyyəti istənilən səviyyədə saxlamağı hədəfləyib.
Qeyd edək ki, Çində qüvvədə olan “Hər ailəyə bir uşaq” siyasəti 2016-cı ilin yanvarından yumşaldılıb və bütün ailələrə ikinci uşağı dünyaya gətirməyə icazə verilib. Lakin bu addım ölkədə doğum sayının yüksəlməsini təmin etməyib, mütəxəssislərin “uşaq bumu” ilə bağlı proqrnozları özünü doğrultmayıb. Ötən il Çində 17,23 milyon uşaq doğulub ki, bu da 2016-cı ildəki göstəricidən 630 min nəfər azdır. Doğulan körpələrin təxminən yarısının ailənin ikinci övladı olduğunu nəzərə alsaq belə, hökumətin ölkədə demoqrafik vəziyyətin yaxşılaşması ilə bağlı qarşıya qoyduğu məqsədlərə çatmadığı məlum olur. Xüsusən orta və iri şəhərlərdə təhsil, səhiyyə və kommunal xidmət haqlarının yüksək olması, habelə iş yeri və karyera məsələləri ailələri övlad sahibi olmaq planlarını təxirə salmağa vadar edir. Ötən ilin statistikasına nəzər salanda qeyd olunanlar öz təsdiqini tapır. Belə ki, 2017-ci ildə ailələrdə doğulan ilk uşaqların sayı əvvəlki illə müqayisədə 2,49 milyon nəfər azalaraq 7,24 milyon körpə olub.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)