Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Aİ ölkələri layihənin gerçəkləşməsini dəstəkləyirlər

07.03.18, 14:29
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Cənub Qaz Dəhlizi” QSC ilə Almaniyanın “Hermes” şirkəti və aidiyyəti banklar arasında danışıqlara başlanıb

“Hazırda Cənub Qaz Dəhlizinin maliyyələşməsinin qalan hissənin təmin olunması ilə bağlı beynəlxalq maliyyə institutları ilə danışıqlar davam edir.
Bunu “APA-Economics”in sorğusuna cavab olaraq SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov məlumat verilib.
Onun sözlərinə görə, Cənubi Qaz Dəhlizinin tərkib hissələri olan “Şahdəniz-2” və TANAP layihələrinin maliyyələşdirilməsi ilə bağlı Almaniya Federativ Respublikası ilə danışıqlar aparılıb, 1.5 mlrd. ABŞ dollaradək vəsaitin cəlb edilməsi üçün zəmanətin verilməsi ilə bağlı bu yaxınlarda Nazirliklərarası Komitənin İclasında razılıq əldə edilib.
O bildirib ki, zəmanətin verilməsində əsas məqsəd Almaniya şirkətlərinin iştirak etdiyi layihələrə maliyyə dəstəyinin verilməsidir: “Bildiyiniz kimi, 2013-cü ildə 9 Avropa şirkəti, o cümlədən Almaniyanın EON (“Uniper”) şirkəti ilə təbii qazın nəqli və satışı ilə əlaqədar uzunmüddətli müqavilələr imzalanıb. Maliyyələşmənin şərtləri ilə bağlı “Cənub Qaz Dəhlizi” QSC ilə Almaniyanın “Hermes” şirkəti və aidiyyəti banklar arasında danışıqlara başlanıb. Yekun şərtlər tam razılıq əldə edildikdən sonra müəyyənləşəcək”.
İbrahim Əhmədov deyib ki, Cənub Qaz Dəhlizi beynəlxalq miqyaslı meqalayihədir: “Layihədə, Azərbaycan tərəfi ilə yanaşı, digər ölkələrin şirkətləri də iştirak edir. Cənub Qaz Dəhlizi həm Azərbaycan, həm də Avropa üçün iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb etdiyinə görə, Avropa İttifaqı ölkələri də layihənin gerçəkləşməsini dəstəkləyirlər. Layihənin maliyyələşdirilməsi ilə bağlı daha əvvəl maraqlı tərəflərlə danışıqlar aparılmış, müvafiq maliyyə vəsaitləri təmin edilmişdir. Azərbaycan tərəfi CQD-nin seqmentləri üzrə öz maliyyə öhdəliklərinin ¾-dən çox hissəsini artıq yerinə yetirib”.

Bu xəbər oxundu
- - -