Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Konqresdə Türkiyə əleyhinə gizli bir toplantı keçirilib

09.03.18, 10:42
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Türkiyə və ABŞ arasında Suriya münaqişəsi üzrə fikir ayrılıqlarını aradan qaldırmaq üçün komitənin qurulmasından əvvəl Konqresdə Türkiyə əleyhinə gizli bir toplantı keçirilib.
Türkiyənin “Axşam” nəşri xəbər verir ki, Konqresdəki mənbələrdən əldə edilən məlumatlara görə, toplantıda Türkiyənin küncə sıxışdırılması üzrə planlar müzakirə edilib.
Konqresin bəzi üzvləri Rusiyadan S-400 zenit-raket kompleksləri alması qarşılığında Türkiyənin “F-35” beşinci nəsil qırıcılarının hazırlanması üzrə proyektdən kənarlaşdırılmasını təklif edib. Ancaq Türkiyənin “F-35”-in tədarükçüsü deyil, layihənin ortağı olduğu üçün belə bir ehtimalın olmadığı bildirilir.
Bundan başqa, bəzi üzvləri bildiriblər ki, komitənin iclaslarının nəticələri Birləşmiş Ştatların lehinə nəticələnməsə, Türkiyə ilə yeni viza böhranı yaradılsın.
Qeyd edək ki, “F-16” vǝ “F-18” kimi döyüş təyyarələrindən dörd qat daha təsirli olduğu bildirilǝn “F-35”-lǝrin həm havadan havaya, həm də havadan quruya hücum qabiliyyəti var. Radara yaxalanmama xüsusiyyətinə malik yeni nəsil təyyarələrin 1990-ci ildə dizaynı hazırlanıb, sonra isǝ ABŞ və İngiltərənin rəhbərlik etdiyi konsorsium tərəfindən istehsal edilib.
Türkiyənin 2002-ci ildə daxil olduğu layihənin digər ortaqları isə Kanada, Avstraliya, Kanada, Danimarka, İtaliya, Hollandiya, Norvç, İngiltərə və Almaniyadır. İsrail, Yaponiya və Cənubi Koreya da konsorsiumun təyyarələrindən alacaq.
Əlavə edək ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar ABŞ-ın Türkiyədəki səfirliyi 2017-ci il oktyabrın 8-də Türkiyə vətəndaşlarına viza verilməsini dayandırıb. Buna cavab olaraq oktyabrın 9-da Türkiyənin ABŞ-dakı səfirliyi ABŞ vətəndaşlarına viza verilməsini dayandırıb. Nəhayət, dekabrın 28-də Türkiyə ilə ABŞ arasında viza böhranı həllini tapıb. Həmin gün ABŞ-ın Türkiyədəki səfirliyi viza üçün müraciətlərin qəbuluna dair məhdudiyyətləri aradan qaldırıb.

Bu xəbər oxundu
- - -