Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bakıda “Zaman və Teatr” adlı elmi-praktik konfrans keçirilib

09.03.18, 11:12
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Martın 9-da Azərbaycan Teatr Xadimləri İttifaqında “Zaman və Teatr” adlı elmi-praktik konfrans keçirilib.
Konfrans Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyət və İncəsənət Universiteti və Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutub. Respublikanın tanınmış mədəniyyət və teatr xadimlərinin iştirakı ilə gerçəkləşən konfrans Azərbaycan Milli Peşəkar Teatrının yaranmasının 145 illiyi çərçivəsində reallaşıb.
Tədbirdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, Xalq Artisti Azərpaşa Nemət çıxış edərək konfransın əhəmiyyətindən danışıb. Milli teatrımızın keçdiyi inkişaf yoluna nəzər salan A.Nemət deyib ki, bu illər ərzində Azərbaycan Milli Peşəkar Teatr məktəbi əxlaqi-mənəvi keyfiyyətlərə yiyələnərək vətənpərvər ruhlu sənətkarların formalaşmasında müstəsna rol oynayıb.
Bildirilib ki, hazırda ölkəmizdə milli dəyərlər sisteminə əsaslanan yeni teatr tipi və səhnə mədəniyyəti ilə seçilən aktyorlar məktəbi mövcuddur. Azərbaycan teatrına və mədəniyyətinə olan dövlət qayğısından söz açan natiq bu gün teatr xadimlərinə göstərilən diqqətin barizliyini vurğulayıb.
Diqqətə çatdırılıb ki, dövlət başçısı teatr sahəsinin inkişafı ilə bağlı olduqca önəmli addımlar ataraq bu yöndə müvafiq sərəncamlar imzalayıb. Belə ki, 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib. 2007-ci ildə Prezident İlham Əliyev teatr sənəti ilə bağlı daha bir mühüm sənəd - “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” Sərəncam imzalayıb. 2009-cu il mayın 18-də isə dövlət başçısı “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramını təsdiq edib.
Daha sonra Əməkdar İncəsənət xadimləri İlham Rəhimli “Milli Teatr və müstəqillik yolu”, Məryəm Əlizadə “Səhnəqrafiya: Tarixdən bu günə”, Rafiq Sadıxov “Azərbaycanda rejissuranın inkişaf mərhələləri”, sənətşünaslar Aida Qafarova “Teatr Xadimləri İttifaqının Azərbaycan teatr prosesində rolu” və Ceyran Mahmudova “Teatr və musiqi” adlı məruzələrlə çıxış ediblər.
Sonda Azərbaycan teatr sahəsində uzunmüddətli və səmərəli fəaliyyətlərinə görə bir qrup sənət adamı mükafatlabndırılıb.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)