Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Həccə gedəcək zəvvarlar hissə-hissə ödəniş edə bilər

09.03.18, 11:39
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycandan bu il Həcc ziyarətinə getmək istəyən zəvvarlara ödənişin ödənmə qaydasında güzəştlər edilir. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, zəvvarlar ziyarətə görə ödənişi hissə-hissə edə biləcəklər. Ödənişin son tarixi 1 may 2018-ci ildir. Qeyd edək ki, bu il üçün Azərbaycandan Həcc ziyarətinin xərci 4150 dollardır. Azərbaycana bu il Həcc ziyarəti üçün 2000 kvota ayrılıb, sənəd qəbulu artıq başlayıb. Azərbaycandan Həcc ziyarətini yalnız QMİ həyata keçirir. Dəniz sərhədini pozan İran vətəndaşları tutulub
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən sərhəd təhlükəsizliyinin təmin edilməsi sahəsində əməliyyat-axtarış və sərhəd mühafizə tədbirləri uğurla davam etdirilir. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, martın 8-də gecə saat 01:25 radələrində Astara rayonu ərazisində Sahil Mühafizəsi tərəfindən naməlum üzmə vasitəsinin dövlət sərhədini pozaraq sərhəd sularımıza daxil olması haqqında məlumat daxil olub. Üzmə vasitələrinin hərəkətləri nəzarətdə saxlanılaraq həmin istiqamətdə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisinə müvafiq tapşırıqlar verilib, sahil xətti boyu ərazilərdə baxış qrupları tərəfindən həssas nöqtələrdə xidmət təşkil olunub.
Açıq dənizə doğru 25 düyün sürətlə hərəkət edən üzmə vasitəsi sərhəd gözətçi gəmiləri və iti sürətli katerlər vasitəsilə təqib edilib. Səs və sayrışan işıqlarla “Dayan” siqnalları verilib, hədəfə 250 metr məsafədə havaya xəbərdarlıq atəşi açılıb. Gəmilərin manevrləri ilə üzmə vasitəsinin sürətinin azaldılmasına nail olunub. İki saat beş dəqiqə davam edən təqibdən sonra üzmə vasitəsi saxlanılıb və ona baxış keçirilib. Baxış zamanı dövlət sərhədimizi pozmuş “Yamaha 150” mühərrikli layner tipli üzmə vasitəsindəki şəxslərin İran İslam Respublikasının vətəndaşları – 1985-ci il təvəllüdlü Mehran Yusif Nicat Tağı oğlu və 1984-cü il təvəllüdlü Camzəmi İsmayıl Şahvildi oğlu olmaları müəyyən edilib. Üzmə vasitəsində və sərhəd pozucularının üzərində iki ədəd smartfon tipli telefon, bir ədəd “Garmin” tipli GPS qurğusu, bir fənər, bir bıçaq və doqquz ədəd “Tramadol” dərman preparatı aşkar olunub.
Azərbaycan Respublikasının dövlət sərhədini pozmuş üzmə vasitələrinin saxlanılması üzrə keçirilmiş əməliyyat çərçivəsində sahilboyu ərazilərdəki qapadılma tədbirləri nəticəsində “Vel” sahil nəzarəti məntəqəsinin xidməti sahəsində 7-ci yanalma körpüsünün yaxınlığında 3 bağlamada 74 ədəd birlitrlik “Qubernator” arağı aşkar olunub. İlkin araşdırma zamanı 2018-ci il fevralın 15-də Lənkəran rayonunun Balıqçılar qəsəbəsi istiqamətində sərhəd naryadları tərəfindən saxlanılmış 39 bağlamada 450 ədəd birlitrlik şüşə qablarda arağın və 20 şüşə “Baltika-9” pivəsinin də məhz bu cinayətkar qrup tərəfindən qeyri-qanuni olaraq dəniz yolu ilə ölkə ərazisindən çıxarılmasına cəhd göstərilməsi müəyyənləşib. Cinayətkar qrupun digər üzvlərinin tutulması istiqamətində əməliyyat və istintaq tədbirləri davam etdirilir.

Bu xəbər oxundu
- - -