Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mənzil(lər)inədək qovulan yalançı – Gültəkin Hacıbəyli

09.03.18, 12:24
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Artıq xeyli vaxtdır ki, kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə özünü qaragüruh müxalifətin “Tereza ana”sı hesab edən Gültəkin Hacıbəylinin deputat olduğu dövrdə dəyəri milyon manatlarla ölçülən çoxlu sayda daşınmaz əmlak ələ keçirdiyi barədə yazılar yayımlanır. Gültəkin Hacıbəyli isə bu yazılarda göstərilən faktlara tutarlı arqumentlərlə cavab vermək əvəzinə təhqirlə, təhdidlə və hətta qarğışla ona kimliyini xatırladanları susdurmağa çalışır. Onun bu daşinmaz əmlakların bir hissəsini necə yağmaladılğına şahidlik edənlərin gözünün içinə bax-baxa yalan danışmaqdan belə çəkinmir.
Məsələn, BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı artıq bir neçə ildir ki, Gültəkin Hacıbəylinin deputat olduğu dövrdə Mehdiabad qəsəbəsindəki “Əlillər” massivindən qanunsuz olaraq 12 sot torpaq sahəsini mənimsədiyini yazıb. Özü də Hacibəyli bunu əlil olmaya-olmaya edib. Həmin vaxt Niyaməddin Orduxanlı Mehdiabad bələdiyyəsinin sədr müavini olub və adam qanunsuzluqlara şəxsən şahid olub. Hacıbəyli isə əlillərə ayrılan 12 sot torpaq sahəsini ələ keçirməklə kifayətlənmir, deputat imtiyazından qanunsuz şəkildə istifadə edən qadın əldə etdiyi torpağın qonşuluğunda yaşamış 1-ci qrup əlil Vüqar Süleymanovun da ərazisinin bir hissəsini ələ keçirir.
Bu gün Milli Şura adlı marginal qrupda oturub səfeh bəyanatlarla gündəmə gələn Hacıbəyli deputat olduğu dövrdə törətdiyi qanunsuzluqları çığır-bağırla, söyüşlə təkzib etməyə çalışsa da, faktlar başqa şey deyir.
“Təkrar biliyin anasıdır” və biz də bu məqamı nəzərə alıb garaguruhun “Tereza ana”sının deputat olduğu dövrdə müxtəlif yollarla sahibləndiyi mülklərin siyahısını bir daha dəyərli oxucuların diqqətinə çatdırırıq:

- Goranboy rayonu, Xan Qərvənd kəndində 92 sotluq torpaq sahəsi və onun üzərində yerləşən 400 kv metr sahəsi olan fərdi yaşayış evi;
- Abşeron rayonu, Xırdalan şəhərində 60 sot torpaq sahəsi;
- Goradil kəndində 30 sot torpaq sahəsi;
- Abşeron rayonu, Mehdiabad qəsəbəsində hər biri 4 sot olmaqla 3 torpaq sahəsi;
- Abşeron rayonu, Mehdiabad qəsəbəsində 6 sot torpaq sahəsi;
- Şamaxı rayonu, Qəleybuğurt kəndində 12 sot torpaq sahəsi;
- Səbail rayonu, Şeyx Şamil küçəsində ofis;
- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 178,18 kv metr sahəsi olan mənzil;
- Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 251a ünvanında 179,14 kv metr sahəsi olan digər mənzil;
- Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti, ev 12/26 ünvanında 63,3 kv metr sahəsi olan mənzil;
- Bakı şəhəri, Səbail rayonu, Mehdi Hüseyn küçəsi 61, ev 2 ünvanında mənzil;
- Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 92 “A” ünvanında mənzil.

Gültəkin Hacıbəyli isə haqqında yayımlanan faktlara deputat seçilmədikdən sonra mövqeyini 180 dərəcəlik bucaq altında dəyişərək transfer olunduğu düşərgənin siyasi mübarizə “üsulları”na uyğun isterik hikkə, aqressiya ilə cavab verməyə, faktları təhqirlə, qarğışla susdurmağa çalışır.
Bu qadın ortalığa qanunsuz əməllərini təkzib edə biləcək bir fakt belə qoya bilmir, sadəcə ağ yalanla özünü təmizə çıxarmağa çalışır. Özü də təkcə xalqa deyil, qarşısında alovlu çıxışlar etdiyi kiçik auditoriyaya da yalan danışır. Lakin bu yalanın da ömrü ömür sürmür.
Gültəkin Hacıbəylinin yuxarıda adıçəkilən mülklərə sahib olduğunu təsdiq edən hüquqi sənədlərin bir qismi gün işığına çıxır.
Gültəkin Hacıbəyli deputat olduğu dövrlərdə qanunsuz yollarla əldə etdiyi mülkləri klassik hiyləgərliklə “qanuniləşdirməyə” cəhd edib. Hacıbəyli əldə etdiyi mülklərin bir hissəsini atası Yunis Hacıyevin, qardaşı Rauf Hacıyevin və bacısı Aytən Hacıyevanın adına keçirib.
Lakin bu mülklərin çoxunun eyni vaxtda və məhz Gültəkin Hacıbəylinin deputatlıq dövründə əldə edilməsi, reallıqda həmin mülklərin əsl sahibinin kim olduğunu müəyyənləşdirməkdə çətinlik yaratmır.
Fikir verin, 2007-ci ilin 2 noyabr tarixində Abşeron rayonu Mehdiabad qəsəbəsində 3 vətəndaşın 4 sotluq torpaq sahəsi üzərində mülkiyyət hüququ qeydiyyatdan keçib. Kimdir bu vətəndaşlar? Təbii ki, Gültəkin Hacıbəylinin atası, qardaşı və bacısı...
Yaxud 2009-cu il 13 oktyabrda Goranboy rayonu 58-ci kvartalda 2 vətəndaşa hərəsi 8 sot olan 2 torpaq sahəsinin çıxarışı verilir. Bu dəfə də həmin vətəndaşlar Gültəkin Hacıbəyli və onun atasıdır.
Gültəkin Hacıbəyli millət vəkili olduğu dövrdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində 2 torpaq sahəsi əldə edib. Özü də nə az, nə çox – 3,24 və 1,76 hektar. Təbii ki, yenə də atasının adına rəsmiləşdirməklə. Həmin torpaq sahələrinin də sənədlərini təqdim edirik. Bu da yalandır, Gültəkin Hacıbəyli?
Qeyd edək ki, Gültəkin Hacıbəyli Xirdalanda 60 sot torpaq sahəsini icarəyə götürdüyünü də təkzib edirdi. Oxucularımız bu yazıda Gültəkin Hacıbəylinin deputatlıq dövründə qanunsuz olaraq ələ keçirdiyi və bacısının adına rəsmiləşdirdiyi Xirdalandakı 60 sot torpağın sənədi ilə də tanış ola bilərlər.
Əlbəttə, bütün bunlar Gültəkin Hacıbəylinin əldə etdiyi mülklərin tam siyahısı deyil. Bu istiqamətdə araşdırmalar davam edir və sabiq millət vəkilinin deputatlığı dövründə əldə etdiyi çoxsaylı mülklər, Goranboy rayonunda törətdiyi qanunsuzluqlar barədə məlumatları yaxın zamanlarda yeni faktlarla işıqlandırılacaq.
Lakin Gültəkin Hacıbəyli açıqlamalıdır: Qaraguruh müxalifətin yeni “ Tereza ana”sı olmağa iddia edən Hacıbəyli buyursun mitinqdə qarşısında çıxış edəcəyi insanlara millət vəkili olduğu dövrdə əldə etdiyi bu mülklərin mənbəyini açıqlasın. Axı Hacıbəyli hektarlarla mənimsənilən bu torpaqları indi guya “müdafiə etdiyini” iddia etdiyi həmin o insanların ah-nalələrinə əhəmiyyət verməyərək, zəbt etmişdi.
Təbii ki, millət vəkilinin əmək haqqı ilə bu əmlakları əldə etmək heç cür mümkün deyildi …

Bu xəbər oxundu
- - -