Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiyanı Suriyada qazancı düşündürür

12.03.18, 9:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Rusiya Suriyaya girəndə həm bu ölkəni, həm də öz qazancını düşünürdü.
Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Müdafiə naziri Sergey Şoyqunun silah sınaqları ilə bağlı açıqlamasını şərh edərkən qeyd edib. O bildirib ki, Rusiya əvvəldən bu prosesə son illərdə modernləşdirdiyi silahlarını müharibə şəraitində yoxlamaq və yeni alıcılar tapmaq üçün girmişdi:
“Hətta Rusiya Suriyanı Xəzərdən qanadlı raketlərlə də vurdu, halbuki buna ehtiyac yox idi, elə havadan bombalamaq kifayət idi. Ancaq Rusiya müasir və uzaqmənzilli raketlərini dünyaya nümayiş etdirmək istəyirdi.
Rusiya rəsmiləri o vaxt bu haqda danışmır, ancaq terrorçularla mübarizə və Suriyanın ərazi bütövlüyünün təmini qabardılırdı. Əsl həqiqəti Rusiyanın Müdafiə naziri Sergey Şoyqu dedi. O bildirdi ki, biz 210 silah növünü suriyalılarla birgə döyüş meydanında sınaqdan çıxardıq. “Mən əminəm ki, gələcəkdə bu silahlarla döyüşənlər öz həyatlarını qorumuş olacaqlar”.
Bəli, Kreml həm Suriyanı, həm də gələcək qazancını düşünürdü”.
Qeyd edək ki, Rusiya 5-ci nəsil Su-57 qırıcısını da Suriyaya göndərib. Hələ Rusiya ordusunun ixtiyarına verilməyən bu son model qırıcının da döyüş şəraitində sınaqdan keçirilməsi qərarı verilib.

Bu xəbər oxundu
- - -