Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir“

13.03.18, 8:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"İpək Yolu Şərq və Qərb arasında tək iqtisadi deyil, siyasi, mədəni layihədir".
Bu sözləri ATƏT Parlament Assambleyasının (PA) İpək Yoluna Dəstək Qrupunun "İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni əlaqələrin inkişaf etdirilməsində parlament üzvlərinin rolu" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransında Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova deyib.
B. Muradova bildirib ki, İpək Yolunu Çin olmadan təsəvvür etmək mümkün deyil: "Bu gün tədbirdə iştirak edən Çin səfirinə təşəkkür edirəm. Azərbaycan ATƏT-in bir sıra tədbirlərini təşkil edərək ATƏTdəyərlərinin yayılmasına töhfə verib. Azərbaycanın təşəbbüsü ilə İpək Yoluna Dəstək Qrupunun yaradılması istiqamətində çox böyük işlər görülüb. Azərbaycanın bu təşəbbüslə çıxış etməsi təsadüfi deyil. Azərbaycan İpək Yolunun işlək yola çevrilməsi üçün praktik addım atan ölkədir. Azərbaycanın təşəbbüsü ilə keçən il Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib. Bu dəmir yolu İpək Yolu ilə yüklərin daşınmasını 30-35 gündən 15 günə endirəcək. Azərbaycan Şimal-Cənub Nəqliyyat Dəhlizi istiqamətində də mühüm işlər görür və bu dəhliz də İpək Yoluna inteqrasiya olunacaq. Azərbaycan bu təşəbbüsü irəli sürməyə mənəvi və siyasi haqqı olan ölkədir".

Bu xəbər oxundu
- - -