Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ermənistanda milli azlıqların hüquqları tapdalanır

14.03.18, 8:44
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistanda yaşayan milli azlıqlar yeni idarəetmə sistemindən və ölkədə baş verən dəyişikliklərdən narazıdırlar. Onlar öz etirazlarını Ermənistan parlamentinin deputatlarına ünvanladıqları açıq məktubda ifadə ediblər.
Erməni KİV xəbər verir ki, sözügedən məktubda Ermənistanın prezident idarəetmə üsulundan parlament idarəetmə üsuluna keçməsi ilə milli azlıqların əldə etdiyi hüquq və imkanların məhdudlaşdırılacağı qeyd olunub.
Bildirilib ki, bu vaxtadək milli azlıqlarla iki dövlət orqanı məşğul olub. Onlardan biri prezident administrasiyası yanında milli azlıqların milli-mədəni təşkilatlarını tənzimləyən şura (aktiv fəaliyyətdədir), digəri ictimai şuranın milli azlıqlar məsələləri üzrə komissiyasıdır (fəaliyyət göstərmir).
Dəyişikliyə əsasən, aktiv fəaliyyət göstərən milli azlıqların milli-mədəni təşkilatlarını tənzimləyən şura ləğv edilir, praktiki fəaliyyət göstərməyən ictimai şuranın milli azlıqlar məsələləri üzrə komissiyanı isə bərpa etməyə çalışırlar.
Məktubda qeyd edilib ki, milli azlıqların dövlətin müdafiə və qayğısına ehtiyacları var: “Dövlət tərəfindən aktiv fəaliyyət göstərən bu qurum ləğv edilməklə milli azlıqlar hüquqlarından məhrum ediləcək".
Milli azlıq nümayəndələri Ermənistanın müvafiq orqanlarına müraciət edərək, onların hüquq və səlahiyyətlərini məhdudlaşdırmamağa çağırıblar. Müraciəti Ermənistan prezident administrasiyası yanında milli azlıqları tənzimləmə şurasının 14 üzvü imzalayıb.

Bu xəbər oxundu
- - -