Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycana silah satışı müqavilə çərçivəsində həyata keçirilir”

14.03.18, 9:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Rusiyanın Azərbaycana silah satışı 2016-cı ilin aprel ayında əldə olunan müqavilə çərçivəsində həyata keçirilib”.
Bu barədə Rusiya Federasiya Şurası Beynəlxalq Məsələlər Komitəsinin rəhbəri Konstantin Kosaçyev bəyan edib.
O, bu barədə İrəvanda keçirilən mətbuat konfransında jurnalistlərdən birinin Rusiyanın Ermənistanın strateji müttəfiqi olduğu halda Azərbaycana 5 milyard dollar dəyərində silah satmasına dair sualına cavab verərkən bildirib.
“Qeyd etmək istədiyim ilk məsələ budur ki, belə hallarda söhbət Ukrayna kimi silahın atıldığı və qaynar fazada olan münaqişələrdən gedir. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsi belə mərhələdə deyil. Hər birimiz başa düşürük ki, şərait partlayış təhlükəsinə malikdir və 2016-cı ilin aprel hadisələri buna bir daha sübutudur. Rusiya 2016-cı ilin aprelində imzalanan müqavilələri yerinə yetirir və müqavilələrə uyğun olaraq biz bunu etməliyik. Lakin bu vəziyyət gələcəkdə geniş miqyasda həyata keçirilməyəcək. Təbii ki, biz 2016-cı ilin aprel ayında baş verən vəziyyətə reaksiya göstəririk. Buna dair heç bir şübhə ola bilməz”, - deyə Kosaçyev vurğulayıb.

Bu xəbər oxundu
- - -