Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Səfirliyin verdiyi cavab ikili standartlara əsaslanır”

14.03.18, 9:41
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Qarabağ separtçılarının terrorçu başçısı Bako Saakyanın ABŞ-a səfəri və tədbirlərə qatıldığına görə, Azərbaycanın bu ölkəyə verdiyi notaya Amerikanın Bakıdakı səfirliyinin verdiyi cavab ikili standartlara əsaslanır". Belə bir açıqlama ilə politoloq Məhəmməd Əsədullazadə çıxış edib. O, qeyd edib ki, ABŞ-ın bu mövqeyi Avropa Birliyinin ölkəmizin ərazi bütövlüyü ilə bağlı verdiyi tam dəstəkdən ciddi fərqlənir:"ABŞ səfirliyinin verdiyi notaya nəzər yetirək. "Birləşmiş Ştatlar ATƏT-in Minsk Qrupunun proseslə bağlı fəaliyyətini dəstəkləyir və münaqişənin Helsinki Yekun Aktı prinsipləri - gücdən istifadə olunmaması, ərazi bütövlüyü, bərabər hüquqlar və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan danışıqlar yolu ilə həll olunması üçün səylərini davam etdirəcək".- notada deyilir. Göründüyü kimi ABŞ-ın "xalqların müqəddaratı" prindipini əsassız olaraq verdiyi cavabda qeyd etməsi qəbuledilməz və separtizmə dəstəkdi. Məgər, ABŞ bilmir ki, Ermənistan bir dəfə öz müqəddaratını təyin edib. İndiki apardığı işğalçı siyasət Rusiyadan idarə olunur?". Politoloq bildirib ki, Vaşinqtonun bu siyasəti Rusiyanın dolayı yolla idarə etdiyi separatçılara dəstək verməsi kimi qiymətləndirilməlidir.

Bu xəbər oxundu
- - -