Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Türkiyə, terror və terrora dəstək verən ölkələrə qarşı təkbaşına mübarizə aparır”

14.03.18, 9:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Nail Çələbi: “Avropa Birliyi bənzəri bir Türk birliyinin qurulması şərtdir”

“Hədəfimiz, Türk dünyasını formalaşdıran müstəqil və muxtar Türk Cumhuriyyətləri parlamenti və millət vəkilləri arasında işbirliyini inkişaf etdirməkdir”. Bu fikirləri Türk Dünyası Parlamentlər Birliyinin (TDPB) başqanı və 21-ci dönəm Trabzon millet vəkili Nail Çələbi səsləndirib. Türkiyə Böyük Millət Məclisinin (TBMM) Beşevlərdəki sosial təsislərində media mənsubları ilə bir araya gələn Çələbi, millət vəkilləri, işadamları, Türk dünyasına könül verən vətəndaşlar, jurnalistlər və qeyri hökumət təşkilatları vasitəsilə Türk dünyasında birlik və bərabərliyi formalaşdıraraq gücləndirmək istədiklərini vurğulayıb. Afrində Türkiyə Silahlı Qüvvələrinin yürüdülən “Zeytun Budağı” Hərəkatında Türkiyənin sona qədər haqlı olduğunu vurğulayan Çələbi, bu prosesdə Türkiyənin təklənməyə çalışdığını önə çəkib. Hər zaman dövlətin birlik və bərabərliyi üçün səy göstərdiklərini deyən Çələbi, “artıq Avropa Birliyi bənzəri bir Türk birliyinin qurulması şərtdir. Türk birliyi olsaydı, Türkiyə bu qədər yalnız olmaz, bütün hücumlara dayanacaq bir gücümüz olardı”, - deyə bildirib .
Türk dünyası ölkələrinin millət vəkillərinə çağırış edən Çələbi, TDPB-nin hər partiyadan üzvünün olduğuna diqqət çəkib. İstiqlal savaşında olduğu kimi dünyanın hazırda Türkiyənin qarşısında olduğunu dilə gətirən Çələbi, “Türkiyə, terror və terrora dəstək verən ökələrə qarşı tək başına mübarizə aparmaqdadır. Hesab edin ki, bir xaç yürüşləri ilə qarşı qarşıyadır. İndi Türk birliyinin zamanıdır. Biz də bunun üçün bütün gücümüzlə çalışacağıq. Hədefimiz, Türk dünyasını formalaşdıran müstəqil və muxtar Türk Cumhuriyyətlyri parlamenti və millət vəkilləri arasında iş birliyini inkişaf etdirməkdir”.

Əli

Bu xəbər oxundu
- - -