Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Senata çağırış: Trampın təyinatlarını təsdiqləməyin!

14.03.18, 11:43
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İnsan Haqlarının Müdafiəsi (Human Rights Watch) təşkilatı Mayk Pompeonun dövlət katibi, Cina Hespelin isə Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri təyin olunmasına qarşı çıxıb. Təşkilat hər iki şəxsi işgəncə tətbiqində və işgəncələrin tətbiqini dəstəkləməkdə ittiham edib. “Prezident Trampın ABŞ-ın dünyadakı vəziyyətinə təsir edəcək çox yüksək vəzifəyə işgəncələri dəstəkləyən iki şəxsi təyin etməsi dərin narahatlıq yaradır. Senat gərək hər iki şəxsin namizədliyini rədd etsin”, – deyə bəyanatda bildirilib.
Qeyd edək ki, dünən ABŞ Prezidenti Donald Tramp Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Mayk Pompeonu dövlət katibi vəzifəsinə, Pompeonun boş qalan yerinə isə Cina Hespeli təyin edib. Pompeo Quantanamo həbsxanasının bağlanmasının əleyhdarı kimi tanınır. Hespel isə MKİ-nin Tailandakı qərargahının rəhbəri olub. O, Tailanddakı məxfi MKİ həbsxanasına, MKİ-nin Terrorizmlə Mübarizə Mərkəzinə rəhbərlik edib. O, burada müxtəlif şəxslərin gizli şəkildə ələ keçirilməsi proqramını idarə edib.

Bu xəbər oxundu
- - -