Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənistan ordunun acınacaqlı vəziyyəti göz qabağındadır“

14.03.18, 12:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Xoş təsəvvür yaradan arzularla ordu-xalq münasibətlərini bərpa etmək mümkün deyil. Bugünkü mənzərəyə baxdıqda görmək olur ki, Ermənistan ordusundakı korrupsiya halları bu münasibətlərin qurulması yolunda böyük səddir.
Bu fikirlər Ermənistanın “ArmenianReport” saytının ölkənin müdafiə naziri Vigen Sarkisyanın orduda islahatların aparılması ilə bağlı söylədikləri əsasında yaydığı məqalədə əksini tapıb. Ermənistanın müdafiə naziri qeyd edib ki, silahlı qüvvələrin modernləşməsi və islahatlar proqramı çərçivəsində ordu-xalq anlayışı tətbiq olunmalıdır.
Sayt isə nazirin fikrini şərh edərək bildirib ki, bu gün Ermənistan ordusunda islahatlar kosmetik xarakter daşıyır. Vigen Sarkisyanın söylədiyinin əksinə olaraq, heç bir köklü iş aparılmır. Ordu ilə ictimaiyyət arasında münasibətlərin yoluna qoyulması üçün islahatlar şəffaf şəkildə həyata keçirilməlidir. Silahlı qüvvələrin modernləşməsi üçün böyük vəsaitin xərcləndiyinin söylənməsinə baxmayaraq, ordunun acınacaqlı vəziyyəti göz qabağındadır.
Yazıda, həmçinin qeyd olunur ki, Ermənistan ordusundakı korrupsiya və özbaşınalıq nazirin dediyi “islahatlar” fonunda yüksək templə artır. İslahatların reallaşdırılması üçün qanunverici baza da yoxdur. Bu istiqamətdə Ermənistan parlamentində heç bir təklif səsləndirilməyib. Orduda problemlər gündən-günə artır. Bu problemlərdən də daha çox cəmiyyətin yoxsul təbəqəsi əziyyət çəkir. Təmas xəttində yoxsul insanların övladları ölür. Əsgərlər komandirlərin və özlərindən rütbəcə yüksək olanların pis davranışları ilə üz-üzə qalırlar. Bütün bunlar sosial müzakirələrin aparılmasını qeyri-mümkün edir. Müdafiə naziri Vigen Sarkisyanın səsləndirdiyi “xalq-ordu” ifadəsi isə yalnız qulağa xoş gələn bir arzudur.

Bu xəbər oxundu
- - -