Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Britaniya Rusiyaya qarşı iqtisadi müharibə planı hazırlayır

14.03.18, 12:51
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Sergey Skripalın zəhərlənməsinə görə Rusiyaya qarşı iqtisadi müharibə planı hazırlayır.
Bu barədə informasiyanı “İndependent” qəzeti yayıb.
“Bu, iqtisadi müharibə olacaq. Rusiya iqtisadiyyatı Britaniyadan iki dəfə balacadır. Bu ölkənin iqtisadiyyatı elə də çox olmayan varlı adamların əlində cəmləşib. Ruslar bu tempdə davam etmək istəyirlərsə, biz onların iqtisadiyyatını daha da balacalaşdırmalı olacağıq. Bu çərçivədə Rusiyanın müəyyən şəxslərinin aktivlərinin dondurulması, eləcə də diplomatlarının ölkədən deportasiya edilməsi nəzərdə tutulub”, – deyə qəzetin mənbəsi bildirib.
Sky News”in yaydığı məlumatda isə bildirilir ki, Böyük Britaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) sabiq polkovniki Sergey Skripalin işi üzrə cavab tədbiri kimi rusiyalı diplomatları ölkədən çıxaracaq.
Qeyd edək ki, 2010-cu ildə Rusiya prezidenti olan Dmitriy Medvedev tərəfindən əfv edilən Sergey Skripala Böyük Britaniyada sığınacaq verilib.

Bu xəbər oxundu
- - -