Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan Avropa və Asiya arasında əlaqənin təmin olunmasında vacib rol oynayır

14.03.18, 12:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Avropa və Asiya arasında əlaqənin təmin olunmasında vacib rol oynayır.
Bunu Trend-ə Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) direktorunun müavini Lük Devin Brüsseldə “Şərq tərəfdaşlığı” təşəbbüsünün yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirin kuluarlarında deyib.
EEAS-ın direktor müavin deyib: “Azərbaycan Avropaya Xəzər regionu ölkələri ilə, Türkmənistanla, Qazaxıstanla, eləcə də Çinlə əlaqə yaratmağa kömək edir. Aydındır ki, bu kontekstdə Azərbaycan böyük əhəmiyyət kəsb edir. Azərbaycanın qovşaq qismində rolunu genişləndirməsi çox vacibdir”.
Lük Devin həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu yüksək qiymətləndirib və “Cənub Qaz Dəhlizi” layihəsinin əhəmiyyətini vurğulayıb:
“Biz bu layihəni müsbət qiymətləndiririk və dəstəkləyirik. Bir müddət əvvəl Bakıda “Cənub Qaz Dəhlizi” üzrə Məşvərət Şurasının iclası zamanı Avropa Komissiyasının enerji ittifaqı üzrə vitse-prezidenti Maroş Şefçoviç bir daha bu layihəyə tam dəstəyimizi ifadə edib”.
Onun fikrincə, Azərbaycan beynəlxalq və Avropa standartlarını qəbul etsə və Ümumdünya Ticarət Təşkilatına (ÜTT) qoşulsa, daha yaxşı olar:
“ÜTT-yə qoşulma beynəlxalq normativ bazanı təmin edəcək və şirkətlər Azərbaycanda hansı minimal standartlara cavab verməli olduqlarını biləcəklər. Biz ÜTT-yə daxil olmaqda Azərbaycana kömək edə bilərik, çünki bu həm Azərbaycan, həm ÜTT, həm də bizim üçün səmərəli olacaq”.

Bu xəbər oxundu
- - -