Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında özəl sektorun rolu

15.03.18, 12:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Yeni iş yerlərinin 90 faizi kiçik və orta müəssisələr tərəfindən açılır

Dayanıqlı İnkişaf Məqsədləri kimi tanınan Qlobal Məqsədlər özəl sektorun fəaliyyətini dünya miqyasında dəyişmək imkanına malikdir. Bu məqsədlərə nail olunarsa, bu özü özlüyündə ildə 12 trilyon ABŞ dolları məbləğində biznes fəaliyyətinin həyata keçirilməsi, ərzaq və kənd təsərrüfatı, şəhər içi və şəhərlər arası hərəkəti təmin edən xidmətlər sektoru, enerji və neft-kimya məhsulları sənayesi, səhiyyə və sosial rifahın yaxşılaşdırılması sahəsində göstərilən xidmətlərdən ibarət olan dörd əsas sənaye sektorunda 380 milyondan artıq yeni iş yerinin açılması deməkdir. Bu məsələ Azərbaycanda BMTİP və Amerika Ticarət Palatası (AmCham) tərəfindən birgə təşkil olunmuş təlim seminarında vurğulanan əsas məsələlərdən biri olmuşdur. Ölkənin işgüzar dairələrinin 20-dən artıq nümayəndəsini bir araya gətirən proqramın məqsədi Azərbaycanda fəaliyyət göstərən şirkətlərə Dayanıqlı İnkişaf Məqsədlərini öz biznes portfellərinə daxil etməkdə kömək etməkdən ibarət idi.
Özəl sektoru yoxsulluğun azaldılması və inkişaf proseslərində təkanverici qüvvə kimi görən və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində tərəfdaşlığın əhəmiyyətini xüsusilə vurğulayan BMT-nin İnkişaf Proqramı özəl sektorun bu sahədə uğur qazanacağını danılmaz fakt hesab edir. Bu uğurun arxasında isə ilk növbədə özəl sektorun əvəzedilməz innovasiya və yaradıcılıq potensialı, texnoloji təcrübəsi və investisiya qoymaq qabiliyyəti durur. Ölkələr 2030-cu ilə qədər olan Yeni Dayanıqlı İnkişaf Gündəliyinə uyğun olaraq növbəti 12 il ərzində milli inkişaf planlarını təqdim etməklə irəliyə doğru addımladıqlarından, dünyanın bir çox ölkələri bu prosesdə iştirak etməyə böyük maraq göstərir. Tədqiqatlar göstərir ki, dünya miqyasında müəssisələrin 92 faizi Dayanıqlı İnkişaf Məqsədləri barədə məlumatlıdır və bu sahə üzrə tədbirlər görməyi planlaşdıran şirkətlər sorğu aparılmış müəssisələrin 71 faizini təşkil edirlər. Bununla belə, çox vaxt onlar Dayanıqlı İnkişaf Məqsədlərini gəlir gətirə biləcək biznes imkanına çevirməyin və bu məqsədləri şirkətin strategiyasında tətbiq etməyin yolunu dəqiq şəkildə bilmirlər, baxmayaraq ki, buna dünya şirkətləri tərəfindən böyük tələbat müşahidə olunmaqdadır.
Məhz bu tələbata cavab olaraq Azərbaycanın biznes qurumlarına təlim kursu təklif etmək üçün Bakıda səfərdə olan BMT-nin İnkişaf Proqramı nəzdində fəaliyyət göstərən İnkişafda olan Özəl Sektor üzrə İstanbul Beynəlxalq Mərkəzinin Direktoru Markos Neto müəssisələrin öz mənfəətlərini yaxşılaşdırmaqla yanaşı gender bərabərliyinin təmin olunması, yoxsulluğun aradan qaldırılması, iqlim dəyişikliyi ilə mübarizə kimi ictimai yüklü məsələlərə də müsbət təsir etməyin yollarından danışmışdır. O, həmçinin özəl sektorun öz xərclərini xeyli dərəcədə azaltması üçün çoxlu sayda imkanlar əldə edə biləcəyi 60 Qlobal Məqsəd sahəsini qeyd etmişdir. Bu qaynar mövzular arasında dəyər zəncirlərində ərzaq sərfiyyatının azaldılması, kənd təsərrüfatı məqsədləri üçün istifadə olunan suvarma sistemlərinin tətbiq edilməsi, enerji səmərəliyinin və ekoloji baxımdan təhlükəsiz neft-kimya məhsullarının inkişafı, sərfəli qiymətə mənzil şəraitinin mövcud olması və yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi kimi mövzular yer alır və bu yalnız onlardan bir neçəsidir. Qeyd olunan bu sahələr həmçinin qlobal iqtisadiyyatın indiki həcmindən iki dəfədən artıq sürətlə boyüyə biləcək bir potensialı özündə daşıyırlar.
BMT-nin Rezident Əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının Azərbaycanda Rezident Nümayəndəsi Qulam İsakzai qeyd etmişdir ki, ölkə dayanıqlı inkişaf gündəliyinə doğru böyük irəliləyişə nail olmuşdur. O BMT-nin Hökumətin, özəl sektorun və vətəndaş cəmiyyətinin ölkənin karbohidrogen asılılığının azaldılması, gender yanaşmalarının kompleks şəkildə dəstəklənməsi, və milli inkişaf planlarına uyğun olaraq inklüziv sosial-iqtisadi inkişafın və ekoloji-yönümlü artımın təşviq edilməsi sahəsində göstərdikləri birgə səylərinə dəstək verməyə hazır olduğunu qeyd etmişdir.
Azərbaycanda Amerika Ticarət Palatasının İcraçı Direktoru Natavan Məmmədova Dayanıqlı İnkişaf Məqsədlərinə daha sürətlə nail olmaq istiqamətində özəl sektorun rolu barədə danışaraq, Azərbaycanda kiçik və orta müəssisələr üçün güclü bir bazarın qurulmasının və onların dayanıqlı inkişaf konsepsiyasına uyğunlaşdırılmasının vacibliyini vurğulamışdır. O həmçinin bildirmişdir ki, dünya miqyasında yeni iş yerlərinin 90 faizinin kiçik və orta müəssisələr tərəfindən açıldığı faktı da məhz bu seqmentin inkişaf proseslərində nə dərəcədə zəruri olduğunun baris nümunəsidir.
Özəl sektor üçün hazırlanmış təlim kursu Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası ilə birgə icra etdiyi “Dayanıqlı İnkişaf Məqsədlərinin lokallaşdırılmasına dəstək və milli inkişaf planlarının DİM-lərə uyğunlaşdırılması” layihəsi çərçivəsində təşkil edilmişdir.

Bu xəbər oxundu
- - -