Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dünyada geosiyasi rəqabət getdikcə artır”

16.03.18, 10:26
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Moldova prezidenti: “Bu münaqişələrin həlli ərazi bütövlüyü, dövlət sərhədləri çərçivəsində olmalıdır”

“Dünyanın fərqli yerlərində silahlı münaqişələrin şahidi oluruq. Bu məsələlərə qlobal yanaşmalar çox fərqlidir. Dünya nizamının təmin olunması daha az dəstək görür. Bu baxımdan dayanıqlı sabit gələcək qurmaq daha mürəkkəb olur”.
Bunu Moldova prezidenti İqor Dodon Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi və Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən keçirilən VI Qlobal Bakı Forumu çərçivəsində bu gün davam edən “Balkan regionun indiki və gələcək vəziyyət – regional təhlükəsizliyin təməli və ya yeni geosiyasi şahmat lövhəsi?“ adlı paneldə çıxışında deyib.
Son on ildə bir çox ölkələrdə davam edən münaqişələrin artıq kritik nöqtəyə çatdığını deyən İ. Dodon vahid yanaşmanın, sülhün bərqərar olmamasının digər təhlükələrə gətirib çıxaran amillərdən biri olduğunu vurğulayıb: “Kütləvi informasiya vasitələrində müharibə sözü çox səslənir. Böyük ölkələr razılığa gələ bilmirsə, kiçik ölkələr bundan əziyyət çəkir. Balkan ölkələri buna bariz nümunədir”.
İ. Dodon əlavə edib ki, Balkan regionunda təhlükəsizliyin təmin olunmasında Avropa İttifaqının rolu və ATƏT-in yaradılması təqdirəlayiqdir: "Düşünürəm ki, bu məsələnin kompleks şəkildə müzakirəsinin vaxtı gəlib çatıb. Dünyada geosiyasi rəqabət getdikcə artır. Bu münaqişələrin həlli ərazi bütövlüyü, dövlət sərhədləri çərçivəsində olmalıdır. Moldova Aİ ilə əməkdaşlıq edərək Rusiyaya qarşı, ya da Rusiya ilə əməkdaşlıq edərək ABŞ-a qarşı çıxmayacaq. Şərqlə Qərb arasında balanslaşdırılmış şəkildə əməkdaşlıq edəcəyik".
Moldova prezidenti Dağlıq Qarabağ münaqişəsindən də danışıb:”"Ötən il Azərbaycana və Ermənistana rəsmi səfərlərin zamanı prezidentlərlə Dağlıq Qarabağ münaqişəsini çox detallı müzakirə etdik. Ümid edirəm ki, son vaxtlar mövcud olan və mövqelərin müzakirə olunduğu platforma prosesi irəli aparacaq. Ümidvaram ki, bu, regionda yaşayan xalqların və dövlətlərin maraqları nəzərə alınaraq baş verəcək. Bizim də həll olunmayan problemimiz var - Dnestryanı münaqişəsi. Biz bu məsələnin həllinə yaxınıq. Dağlıq Qarabağ münaqişəsindən fərqli olaraq, bizdə insanlar ünsiyyət qurur, birgə yaşayırlar".

Bu xəbər oxundu
- - -