Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Dollarla olan kreditlərlə bağlı problemin həllinə baxılır”

16.03.18, 14:06
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Azərbaycanda dollarla olan kreditlər üzrə yaranan problemlərin həlli məsələsinə baxılır”.
Bunu Milli Məclisin sədri Oqtay Əsədov parlamentin plenar iclasında hökumətin hesabatı zamanı deyib.
Bəzi deputatlar bölgələrdə əhalinin dollarla olan kreditlər üzrə yaranmış vəziyyətlə bağlı narahatlığını çatdırıb. Oqtay Əsədov bildirib ki, məsələyə baxılır, amma bəzən bu məsələ süni olaraq qızışdırılır: “Bunu elə deyirsiniz ki, məsələni daha da qızışdırırsınız. Yəni deməyək ki, “dollarla verilən kreditlər”, açıq deyin ki, dollarla alınan kreditlər. Çünki krediti dollarla almışıq, bizə məcbur verilməyib".

Bu xəbər oxundu
- - -