Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Stalindən sonra ən güclü rus lideri

19.03.18, 11:05
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İran mediasından seçkinin nəticəsinə ilk rəy

Martın 18-də dünyanın ən böyük ölkənin xalqı səkkiz namizəd arasından Vladimir Putinin prezident seçilməsi üçün ən uzun seçki yarışında səs verməyə getdi. Rusiyada 11 saat qurşağının mövcudluğu seçkiləri felən 22 saat davam etdirdi. Putinin yenidən seçiləcəyi əvvəlcədən məlum olsa da, seçici iştirakı məsələsi Kremlin narahatlıq mənbəyi idi.
Rusiya prezident seçkilərində 107 milyon 300 min seçici qatılıb, 97 min seçki məntəqəsində səsvermə keçirilib, bu da seçicilərin iştirak səviyyəsi ilə əlaqədar möhtəkirliklərin üzərindən xətt çəkib.
Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkisində verilən səslərin 99,75%-ni hesablayıb.
Son nəticəyə əsasən lider dəyişməyib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin 76,67% səs toplayıb.
Bu göstərici Putinin indiyə qədər bütün seçkilərdə topladığı ən yüksək nəticə olub. Ondan sonrakı yerləri Kommunist Partiyasından Pavel Qrudinin (11,79%) və Liberal Demokrat Partiyasından Vladimir Jirinovski (5,66%) tutub.
Kseniya Sobçak 1,67%, Yabloko Partiyasının lideri Qriqori Yavlinski 1,04%, Boris Titov 0,76%, Maksim Suraykin 0,68%, Sergey Baburin isə 0,65% səs toplayıb.
Strateq “Şərq”ə (İran) istinadən yazır ki, artıq deyildiyi kimi, Vladimir Putinin yenidən seçilməsi ilə bağlı şübhə yox idi və rəy sorğularında Putin qələbəsinə şəkk saxlamırdı. Anketlərdə ona səs vermək istəyində olan seçicilərin faiz göstəriciləri ən yaxın rəqibindən 10 dəfə çox idi.
Martın 9-da keçirilən sorğunun nəticələrinə görə, ən yaxın rəqibi, yəni Kommunist Partiyasının namizədi Pyotr Qrudininin cəmi 7 faiz toplama ehtimalı olduğu halda, rəyi soruşulanların 70 faizi Putini dəstəkləyirdi.
Seçki günü bu, Kremlin qarşısında duran ən böyük problem bu idi: Kreml əhalinin yüksək iştirak faizi ilə, güc nümayişi axtararkən, qeyri-bərabər rəqabət mühiti və digər namizədlər arasında ixtilaf, onların Putinlə rəqabət apara bilməyəcəyi ehtimalı seçkidə iştiraka böyük maraq doğurmurdu.
Bu seçici qrupu baxımından seçkilərin nəticəsi artıq Putinin xeyrinə həll edilmişdi. Ciddi rəqiblərin yoxluğu şəraitində digər namizədlər seçiciləri “pulsuz pendir”lə səsverməyə cəlb etməyə çalışdılar.
Ancaq seçkilərə qatılmaq istəyən ruslar çoxluqda idi. Bu qrupun fikrincə, bir sıra daxili problemlərə baxmayaraq, ölkə bir daha Rusiyanı qlobal gücə çevirə bilib, Putin ruslara sovet və çarizm dövründə yaşadıqları iftixarı qaytarıb.
Suriyadakı mövcudluq, NATO-nun iflası, Krımın ilhaqı və s. Bütün bunlar rusların böyük hissəsi üçün hələ də Putini ilk seçim edir.
“BBC”-yə görə, Şərqi Rusiyanın bəzi kənd yerlərində iştirak 100 faizlidir.
Putin 1999-cu ildən bu yana həm prezident, həm də baş nazir kimi hakimiyyətdə olub və Rusiyada daim müzakirə olunan lider halına gəlib.
Səsvermənin erkən saatlarında Rusiya prezidenti də məntəqəyə gəlib və deyib: "Mən ölkəm üçün düşündüyüm yolun düzgünlüyünə əminəm".
Lakin Putinin rəqibləri və tənqidçiləri hakimiyyəti devirmək məqsədindən usanmayıblar. Aleksey Navalnı kimi insanlar rəqabətsiz prezident seçkisindən çıx-daş olunublar. Onların zənnincə, Pyotr Qrudinin, siyasi fəal olan Kseniya Sobçak kimi namizədlər Putinlə rəqabət qabiliyyətinə malik deyillər. Digər tərəfdən, Navalnı Rusiya xalqını seçkiləri boykot, qeyri-rəqabətli prezident seçkisinə etiraz etməyə çağırıb. Ancaq bu, Putinə maneə yaratmayıb.
Əvvəlki seçkilər də göstərib ki, Rusiya və Qərb arasında münaqişə gücləndikcə, seçkidə iştirak faizi artır.
Maraqlıdır ki, rus-ingilis casusu Sergey Skripala qarşı iddia edilən sui-qəsd cəhdində ittiham olunan Rusiya elə indi də Qərblə ciddi gərginlik yaşayır. Moskvanı günahlandıran ingilis hökuməti 23 rus diplomatı ölkədən çıxarıb, Kreml də eyni sayda ingilis diplomatı Rusiyadan çıxarmaqla, intiqam alıb.
Putin prezidentlik yarışında dördüncü qələbəsini qeyd edir və 2024-cü ilədək iqtidarını daha da gücləndirəcək. O, sovet diktatoru İosif Stalindən sonra Rusiyanın siyasi spektrində ən yaxşı siyasətçi hesab olunmalıdır.

Bu xəbər oxundu
- - -