Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Qarabağ xanlığının mərkəzi Şuşa şəhərində əhalinin məskunlaşması

27.03.18, 11:28
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

4-cü yazı

Pənahəli xan tezliklə Şuşa şəhərinin ətrafına möhkəm bir hasar çəkdirib müdafiə sistemini möhkəmləndirdikdən sonra daxili inşaat işlərinə başlamışdı. O, qalanın bir kənarında özü üçün qəsr tipli hasarı və bir bürcü olan saray inşa etdirmişdi. Pənahəli xan, həmçinin qalada böyük oğlu İbrahimxəlil xan, ikinci oğlu Mehrəli bəy, üçüncü oğlu Talıbxan bəy üçün düşmən qalaya yaxınlaşdıqda lazımi yerləri mühafizə edə bilmələrindən ötrü bürcü və hasarı olan imarətlər inşa etdirmişdi.
Mirzə Rəhim Fəna Şuşa şəhərinin inşası prosesi haqqında məlumat verərək yazır ki, Pənahəli xan şəhərin yerinə baxıb öz şəxsi iqamətgahı üçün əlverişli yer seçmiş, orada əhəng ilə möhkəm hasar çəkdirib əvvəl burada əndərun, mətbəx və xidmətçilər üçün otaqlar, qonaq otaqları, hərəmxana otaqları, hamam, məscid inşa etdirmişdi. Bu dairədə sonralar Əhməd xan otururdu. Məskunlaşmaq üçün gələn digər qarabağlılar da münasib bildikləri yerlərdə özləri üçün mənzillər inşa etdilər. Məskunlaşanlar müsəlman olduqlarından mərkəzdə böyük məscid, habelə hamamlar, bazar inşa etmişdilər. Pənahəli xan yeni şəhəri öz şərəfinə Pənahabad adlandırıb, «pənahabad» adlı gümüş sikkə (yarım qram ağırlığında) zərb etdirdi.
Tarix elmləri doktoru Zemfira Hacıyevanın araşdırmasında qeyd olunur ki, ilk tikililər sırasında hamam və məscid vardı. Şəhər meydanında tikilən məsciddə İbrahimxəlil xanın dövründə yenidənqurma işləri aparılmışdı. XIX əsrdə isə İbrahim xanm qızı Gövhər ağa bu məscidi tamamilə sökdürüb, yerində yenisini inşa etdirmişdi. Xalq arasında bu məscidə «Yuxarı məscid» deyirdilər. Ümumşəhər hamam və məscidləri ilə yanaşı, məhəllə məscidləri və hamamları tikilmişdi. Yuxarı məscid şəhər meydanma baxırdı, meydan isə Rasta bazarbaşma doğru 300 m uzanırdı. Ruslar Azərbaycanı işğal etdikdən sonra Bazarbaşındakı divanxana binasmı kilsəyə çevirmiş, sonralar, XX əsrin 60-cı illərinə kimi isə binadan klub kimi istifadə olunmuşdu. Pənahəli xan Şuşanı qədim Azərbaycan memarlıq ənənələri əsasında tikmək üçün Təbriz, Ərdəbil və başqa şəhərlərdən ustalar dəvət etmişdi. Sonralar həmin ustalar Şuşada qalıb yaşayıblar.
Şəhərdə ilk hamamı Pənahəli xanm əmisi oğlu Əbdüsəməd bəy inşa etdirmişdi. Sonra Uğurlu bəy aşağı bazarda, Qazı Mirəli isə aşağı meydanda hamam inşa etdilər. Bir hamamı Əli bəy Poladov, başqa birisini Rüstəm bəy tikdirmişdi. Baharlının yazdığına görə əvvəllər Şuşa şəhərinin aşağı tərəfi daha abad imiş və burada Uğurlu bəy bir neçə karvansara tikdirmişdi. Baharlı Şuşadakı çoxsaylı karvansara adlarını sadalayır. Lakin mətndən hiss olunur ki, onların çoxu xanlıq dövründən sonra inşa olunub.
Bütövlükdə xan sarayları və bir neçə iri feodalın imarətləri istisna olmaqla Şuşada yaşayış evlərinin görkəminə, onun rahatlığına bir o qədər də diqqət yetirmirdilər. Dövrün mürəkkəb siyasi vəziyyəti əsas diqqəti müdafiə istehkamlarının inşasına yönəltməyi tələb edirdi. Hətta yaşayış evlərinin əksəriyyəti bir çox Şərq şəhərlərində olduğu kimi, kiçik qalaçaları xatırladırdı. Evlər qonşu evlərdən və küçədən qalın və hündür hasarlarla ayrılırdı.
Baharlının yazdığına görə, ilk vaxtlar Şuşada tikilmiş evlər çox darısqal və alçaq imiş. Evlər bir-birinə bitişik inşa edilirdi, buna görə də bir damdan o birinə keçmək olurdu. Onların daxili quruluşu təxminən bu şəkildə idi: divarlarda «ləmə» adlanan çıxıntılara saxsı və şüşə qablar qoyulurdu. Yorğan-döşək və digər ev əşyaları sandıqların üstünə yığılırdı. Varlıların evlərində ocaq əvəzinə buxarı, ucuz saxsı qablar əvəzinə çini qablar, gümüş və qızıldan düzəldilmiş qaşıq və bıçaqlar olur, döşəməyə bahalı xalçalar salınırdı. Onlardan bəzilərinin evlərinin divarları müxtəlif səciyyəli naxışlar və rəsmlərlə bəzədilirdi.
Şəhər əhalisinin sayını və sosial tərkibini dəqiqləşdirməklə şəhər təsərrüfatının, yəni sənətkarlıq və ticarətin miqyası haqqında müəyyən təsəvvür əldə etmək mümkündür. Çünki şəhərlərin təsərrüfat həyatı əsasən yerli bazarın ehtiyacı ilə bağlı olurdu. Digər Azərbaycan şəhərlərindən fərqli olaraq o dövrki Şuşanın iqtisadi həyatında əkinçilik çox cüzi əhəmiyyətə malik idi. Bu, ilk növbədə Şuşa şəhərinin ətrafındakı ərazidə kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq və digər zəruri şəraitin olmaması ilə bağlı idi. Yəqin elə buna görə də Şuşa əhalisi əsasən kustar sənətkarlardan, tacirlərdən və ali silkin nümayəndələrindən ibarət idi. Fasiləsiz ara müharibələri və yadelli basqınları, ümumiyyətlə, xanlığın və Şuşa əhalisinin sayına kəskin təsir göstərmişdi. S.A.Yeqiazarov Şuşada əhalinin azalması ilə bağlı yazırdı: «Xanın iqamətgahı olan Şuşada şəhər əhalisinin azlığı onunla izah olunur ki, onların bir qismi xanla (Ağa Məhəmməd şah nəzərdə tutulur - Z.H.) müharibə zamanı qaçıb dağılmış, bir qismi isə Qarabağ Rusiyaya birləşdirildikdən sonra İrana köçmüşdü».
XVIII əsrin sonuna aid məlumatlara görə, Şuşada 2 mindən çox ev var idi. Bu da təxminən 10 min nəfərdən çox sakin demək idi. 1823-cü ildə burada cəmi 1532 ailə yaşayırdı ki, bu da 7660 sakin deməkdir. Qeyd edək ki, Şuşada da sənətkarlar məhəllə prinsipi üzrə cəmlənmişdilər. Şəhərin inzibati quruluşu sənətkarların bir küçədə cəmləşməsinə əngəl törədirdi. Təbrizli məhəlləsində baqqallar, boyaqçılar, keçəçilər, bərbərlər və s. yaşayırdı. Digər məhəllələrdə də sənətkar küçələri vardı. XIX əsrin 30-cu illərinin əvvəllərində Şuşa qalasında 1698 ev vardı. Bu evlərdə 5079 kişi və oğlan uşaqları yaşayırdı. Şəhərdə 936 müsəlman və 762 xristian ailəsi, o cümlədən 56 bəy, 64 molla və seyid, 21 xristian ruhanisi qeydə alınmışdı. Mənbənin verdiyi məlumata görə, İbrahimxəlil xan Şuşa qalasının ətrafındakı torpaqları sahiblərindən alıb şəhər sakinlərinin ev və təsərrüfat məqsədləri üçün istifadəsinə vermişdi. Sakinlər istər təsərrüfat tikililəri, istər qəbiristanlıq üçün yeri pulsuz alırdılar.
Şuşa şəhəri üç hissəyə: Təbrizli, Qazançalı və Əylisli hissələrinə (mənbədə «məhəllə» adlandırılırdı) bölünürdü. «Qarabağ əyalətinin təsviri»ndə yanlış olaraq hissələr məhəllə kimi göstərilir. Lakin 10 min nəfərdən artıq sakinin yaşadığı bir şəhərdə cəmi üç məhəllənin olması o qədər də inandırıcı görünmür. Müqayisə üçün qeyd edək ki, öyrənilən dövrdə əhalisi 5 min nəfərdən artıq olmayan Naxçıvan və Ordubad şəhərlərində müvafiq 13 və 15 məhəllə vardı. Yəqin ki, mənbədə üç rəqəmi şəhərin müxtəlif dövrlərdə təşəkkül tapan hissələrinə aiddir. Baharlının verdiyi məlumata görə, Şuşanın «Çuxur» adlanan 1-ci hissəsi Pənahəli xanın dövründə, «Yuxarı» adlanan 2-ci hissəsi İbrahimxəlil xanın dövründə, 3-cü hissəsi isə rus işğalından sonra tikilmişdi. Baharlı XIX əsrin əvvəllərində Şuşada 17 məhəllənin olduğunu yazırdı. Aşağı məhəllələr: Qurdlar, Seyidli, Culfalar, Quyuluq, Çuxur, Dördlər qurdu, Hacı Yusifli, Dörd çinar, Çöl qala. Yuxarı məhəllələr: Mir və ya Xanlıq ara məhəlləsi, Mərdinli, Saatlı, Köçəri, Mamayı, Xoca Mərcanlı, Dəmirçi, Hamam qabağı və Təzə.
Göründüyü kimi, məhəllə adlarının bəzisi sakinlərin köçüb gəldiyi yerlərin adı ilə, bəziləri sakinlərin məşğuliyyət növü ilə, digərləri məhəllələrin topoqrafik mövqeləri ilə bağlı olmuşdur. Bu məhəllələrdə şəhər sakinləri ilə yanaşı, bir sıra kənd sakinləri də daimi yaşayırdılar. Onlar mənsub olduqları kəndlərin icmaları ilə birlikdə vergi və mükəlləfiyyətlərini ödəyirdilər. Eyni zamanda, xan qonaqlarını qəbul edib onları və atlarını yedizdirmək mükəlləfiyyətini yerinə yetirir, tələb olunduqda lazımi qədər işçi qüvvəsi, qoşqu verir, xan üçün binalar tikilərkən şəhərlilərlə birlikdə materialla yardım edirdilər.
Təbrizli məhəlləsində 162 sakin (hamısı müsəlman-azərbaycanlı), Qazançala məhəlləsində 126 (xristian), Əylisli məhəlləsində 122 (xristian) sakin qeydə alınmışdı. Üç məhəllədə olan 371 evdən savayı, Şuşa şəhərində yalnız müsəlman-azərbaycanlılardan ibarət olan xan ailəsinə mənsub 2 ev, 30 mülkədar evi, habelə 9 xristian ruhanisinin evi vardı. General Mədətovun sərəncamma əsasən, sənətkar olan 103 xristian və bir müsəlman ailəsi, Petros bəyin sərəncamında olan sənətkarlardan ibarət 16 xristian ailəsi, Cəfərqulu ağanın sərəncammda olan 101, Xancan ağanın sərəncammda olan 16, Şükür ağanın sərəncammda olan 4 və Xanxanım ağanın sərəncamında olan 5 müsəlman ailəsi vardı.
Bunlardan əlavə, Şuşada polkovnik Xanlar ağanın sərəncammda olan Miqralı kəndinin 10 xristian ailəsi, Mirikli kəndinin 7 müsəlman və 17 xristian ailəsi, Əhməd xan və onun anası Bikə ağanın sərəncammda olan 41 müsəlman ailəsi, kapitan Mirzə Əli bəyin sərəncammda olan 24 müsəlman və 4 xristian ailəsi, divanbəyi Məmmədəli bəyin sərəncammda 15 müsəlman sənətkar ailəsi, Hacı bəyin sərəncamında 2 azərbaycanlı ailəsi vardı. Şəhərdə divanbəyi Məmmədəli bəyin tiyulu olan Kəbirli mahalının Kürd Gürcüstan oymağının 12, Kürd dördlər oymağının 17, habelə Kürd Camalxan Qaradağlı oymağından 13 azərbaycanlı ailəsi yaşayırdı. Şuşada Dizaq Cavanşir mahalının Hacılı oymağının 13, Yağlıvənd oymağının 7, Seyid Mahmudlu oymağının 7, Qaraxanbəyli oymağının 5, Mərdinli oymağını 9, Zərcər oymağının 4, Dədəli oymağının 2, Qərvənd oymağmm 3, Cavanşir mahalının Xanbəy oymağından olan 30 azərbaycanlı ailəsi yaşayırdı.
Şəhərdə İbrahim bəyin sərəncammda olan 19, məlik Vanyanın sərəncamında olan 3, Çiləbördlü məlik Poqosun sərəncamda olan 9 tativli xristian yaşayırdı. Bundan əlavə, şəhərdə Otuziki mahalından 14, qalabəyinə məxsus 15, Behbud bəyə mənsub 9, Əli bəyə mənsub 3, Səfərəli bəyə məxsus 2, Məmmədqasım ağaya məxsus 10, İzzət bəyə məxsus 22, Süleyman bəyə məxsus 7, Böyük xana məxsus 2, kapitan Rüstəm bəyə məxsus 31 azərbaycanlı ailəsi vardı. Behbud bəyə məxsus 1, Əli bəyə məxsus 5, Səfərəli bəyə məxsus 1 xristian ailəsi vardı. Şəhərdə 28 molla və seyid ailəsi, 22 xan nökəri (azərbaycanlı), 9 kəngərli ailəsi yaşayırdı. Şuşada heç bir məhəlləyə mənsub olmayan 69 qeyri-azərbaycanlı dul qadın, yoxsul və yetim azərbaycanlı 25 dul qadın, yoxsul və yetim xristian, müxtəlif şəxslərə məxsus daha 17 azərbaycanlı və 16 qeyri-azərbaycanlı ailəsi də yaşayırdı.

Elçin Qaliboğlu

Bu xəbər oxundu
- - -