Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Gənc skripkaçı Əzizə Salahova Paris “Skripka baharı” festivalında

29.03.18, 10:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində 3-cü “Skripka baharı” festivalı çərçivəsində konsert təşkil olunub. Konsertdən əvvəl təşkilatçılar Mədəniyyət Mərkəzi, eləcə də milli musiqimiz haqqında dinləyicilərə məlumat verib. Festivalın bədii direktoru, tanınmış skripkaçı Anton Martınovun rəhbərliyi ilə keçirilən festivalda azərbaycanlı gənc skripkaçı Əzizə Salahova da iştirak edib. Konsert gənc skripkaçı Əzizə Salahovanın ifasında Asəf Zeynallının fortepiano və skripka üçün yazılmış “Muğamsayağı” əsəri ilə başlayıb. Muğam ifaçılıq sənətinin tipik ünsürlərinin Qərb musiqi ənənələri ilə cilalaşdırıldığı bu əsərin ifası fransız musiqisevərləri heyran edib.
Gənc skripkaçı Nikkolo Paqanini, Jül Massne və Ernst Vilhelmin əsərlərini səsləndirib. Onu fortepianoda müəllimi Anton Martınov müşayiət edib. Orta musiqi məktəbini Bakıda bitirən Əzizə Salahova Kazan Konservatoriyasından sonra Belçikanın Mons Kral Konservatoriyasında təhsilini davam etdirib. Hazırda o, həmin konservatoriyanın magistr pilləsində təhsil alır. Ə.Salahova Azərbaycan Gənclər Simfonik Orkestri tərkibində və xaricdə təhsili müddətində Avropa və MDB ölkələrində konsert və festivallarda uğurla iştirak edib və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Konsert tanınmış skripkaçı, dirijor və dünyada bir çox festivalların musiqi direktoru olmuş Mixail Qutmanın ifası ilə davam edib. Qeyd edək ki, Azərbaycanın Fransadakı səfirliyi “Skripka baharı” festivalının tərəfdaşıdır.

Bu xəbər oxundu
- - -