Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Vətənim Azərbaycan“

29.03.18, 10:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan muğamlarının və onların əsasında yaranmış xalq mahnılarının geniş ictimaiyyət arasında təbliğinə həsr olunmuş bir neçə silsilə layihələr həyata keçirir. Muğam Mərkəzindən bildirilib ki, “Vətənim Azərbaycan” adlı layihənin iki tədbirdən ibarət açılış konserti təqdim olunub. İlk tədbirdə xanəndə Eldəniz Məmmədov böyük proqramla çıxış edib. İfaçını "Buta" instrumental ansamblı müşayiət edib. Ansamblın bədii rəhbəri tarzən Rövşən Qurbanovdur. Eldəniz Məmmədovun ifasında "Zabul" muğamı, "Zəminxarə" təsnifi, "Qarabağ şikəstəsi", "Sarı gəlin" xalq mahnıları və bəstəkar mahnıları alqışlarla qarşılanıb.
Qeyd edək ki, müxtəlif xalqların folklor musiqisinin və Azərbaycan muğamlarının, xalq mahnılarının təbliği baxımından Mərkəzin həyata keçirdiyi "Etnik musiqi inciləri" layihəsi də çox maraqlıdır. Bu layihə çərçivəsində təqdim olunan musiqili proqramları həm Azərbaycan, həm də xarici ölkə vətəndaşları arasında böyük rəğbətlə qarşılanır. Layihə çərçivəsində martın 29-da Beynəlxalq Muğam Mərkəzində "Etnik musiqi inciləri" çərçivəsində Yunanıstan musiqiçisi Nikos Ksantulis "Qədim Lira aləti" adlı konsert proqramını təqdim edib.

Bu xəbər oxundu
- - -