Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

İstanbulda 31 mart soyqırımı qurbanlarının xatirəsi anılıb

30.03.18, 13:52
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Kültür Dərnəyinin (İSTAD) təşkilatçılığı ilə 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar dərnəyin mərkəzində tədbirı keçirilib. Tədbirdə Azərbaycan-Türk Qadınlar Birliyinin, "Azərbaycan-Türkiyə Evi"nin sədri, Avropa Azərbaycanlıları Konqresinin İdarə Heyətinin üzvü Tənzilə Rüstəmxanlı, Avropa Azərbaycanlıları Konqresinin (AAK) sədri Sahil Qasımov, KİV və ictimaiyyət nümayəndələri iştirak ediblər.
İSTAD Baş katibi Metin Yıldırım 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında tədbir iştirakçılarına qısa məlumat verdikdən mövzu ilə bağlı jurnalistlərin sualları cavablandırılıb.
İSTAD rəhbəri Sefer Karakoyunlu soyqırımı haqqında danışarkən faktların əks olunduğu Quba Soyqırımı Memorial Kompleksinin ziyarəti zamanı çəkilmiş video və fotoşəkilləri nümayiş etdirərək deyib: "Ermənilər türklərə qarşı sistemli olaraq 1905-ci ildən başlayaraq beş dəfə soyqırımı törədiblər. Bu soyqırımlara səssiz və laqeyd qalan dünya ictimaiyyətinin gözü kor, qulağı kar olub. Bu səssliyi və laqeydlyi davam edənləri qınayırıq".
Daha sonra, AAK sədri S.Qasımov da 1918-ci il mart soyqırımının tarixinə toxunarkən bildirib ki, martın 30-dan aprelin 3-dək Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eyni zamanda, Şamaxı, Quba, Xaçmaz, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi soyqırımı törədiblər. Soyqırımı nəticəsində dinc əhali kütləvi surətdə qətlə yetirilib, kəndlər yandırılıb və milli mədəniyyət abidələri məhv edilib.

Bu xəbər oxundu
- - -