Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Hakimi söyənlər və “lipa” oynadan cəzalandırıldı

04.04.18, 12:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

AFFA İntizam Komitəsinin (İK) aprelin 4-də keçirilən iclasında bir neçə sərt qərar qəbul olunub. Hakimləri və rəqib oyunçuları təhqir edən oyunçular diskvalifikasiyaya məruz qalıblar. U-16 Liqasındakı “Sumqayıt” – “Kəpəz” görüşünün son dəqiqələrində hər iki komandanın oyunçusu meydandan qovulub. Belə ki, “Kəpəz”dən Nemət Musayev, “Sumqayıt”dan isə Şahmar Abbaszadə hakimi söydüyü üçün 4 oyunluq cəzalandırılıb. U-13 Qızlar Liqasının İsmayıllı regionu üzrə "Gənclik" F.T. Gimnaziya – "Mingəçevir" matçında isə birincilərin baş məşqçisi Novil İsmayılov eyni davranışa görə, növbəti 4 görüşü texniki zonada keçirə bilməyəcək.
Regional Liqada “Dinamo” (Yardımlı) ilə matçın 90+1-ci dəqiqəsində rəqibin ünvanına təhqiramiz ifadə işlətdiyi üçün meydandan kənarlaşdırılan “Ümid”in (Masallı) futbolçusu Azər Hacıyev 3 oyunluq diskvalifikasiya ilə üzləşib. Bundan başqa, U-16 Qızlar Liqasında "Mingəçevir"lə görüşdə heyətində yetər say olmayan "Fidan", “Keşlə” ilə oyuna çıxmayan “Qubek” və U-13 Qızlar Liqasının İsmayıllı regionu üzrə "Azəri" TİM-lə matçda yaş limitini pozan "Mil-Muğan" 0:3 hesablı texniki məğlubiyyət alıb.

Bu xəbər oxundu
- - -