Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Arşın mal alan” Daşkənddə

04.04.18, 12:58
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Daşkənddəki “Diydor” teatr-studiyasında Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyasının özbək dilində təqdimatı keçirilib. Təqdimatda səfirliyimizin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbərliyi, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak ediblər. Tamaşanın rejissoru Özbəkistanın Xalq Artisti Bahadur Yuldaşev, rəssamı Dono Ganiyevadır. Əsas rolları Olmas Orayev, Xurşida Arabşoeva, Adiz Rajabov ifa ediblər. Musiqi tərtibatçıları arasında Özbəkistanda tanınan saz ifaçısı, soydaşımız İlham Abdullayev də var.
“Arşın mal alan” ilk dəfə Özbəkistanda 1919-cu ildə Daşkənddəki “Kolizey” teatrında tamaşaya qoyulub. Elə həmin il Bakıdan gələn rejissor Mirzə Həbib Axundzadə Səmərqənddə yaşayan azərbaycanlılardan ibarət teatr truppası yaradıb və əsər bu qədim şəhərdə səhnələşdirilib. 1921-ci ildə bu əsər Buxarada səhnələşdirilib. 1922-ci ildə isə Daşkəndin “Raxat bağçası” teatrında Sidqi Ruhullanın rəhbərliyi ilə Azərbaycandan gələn aktyorlar musiqili komediyaya səhnə həyatı veriblər. Sonrakı illərdə “Arşın mal alan” dəfələrlə Daşkənd, Fərqanə, Buxara, Kokand, Xarəzm, Səmərqənd şəhərlərində tamaşaçılara təqdim edilib. Üzeyir Hacıbəylinin bu ölməz əsəri 100 ildən artıqdır ki, Orta Asiyada ən məşhur tamaşa kimi səhnədən düşmür. Teatrlar zaman-zaman bu əsərə müraciət edirlər. Bir neçə il əvvəl isə Daşkənddəki Operetta Teatrı “Arşın mal alan”ı rus dilində tamaşaya hazırlayıb. Musiqili komediya 76 ölkənin 187 teatrında səhnələşdirilib. 1945-ci ildə çəkilən “Arşın mal alan” filmi isə 136 ölkədə nümayiş etdirilib.

Bu xəbər oxundu
- - -