Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Qeyri-maddi mədəni irsin qorunması haqqında“ qanun layihəsi hazırlanıb

04.04.18, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Avropa İttifaqının maliyyələşdirdiyi "Mədəniyyət sektorunun siyasəti və idarəolunması sisteminin modernləşdirilməsində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinə dəstək" Tvinninq layihəsi sona çatır. Bununla bağlı keçirilən tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, bu layihə Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa Qonşuluq və Tərəfdaşlıq Alətinin köməyilə Mədəniyyət və Turizm Nazirliyi və İtaliyanın Mədəni İrs, Fəaliyyətlər və Turizm Nazirliyi arasında əməkdaşlıq şəraitində həyata keçirilib.
Nazir bildirib ki, Azərbaycanın mədəniyyət sektorunun modernləşdirilməsi istiqamətində layihənin əhəmiyyətli nəticələri olub. Ə.Qarayevin sözlərinə görə, təklif olunan bəzi islahat tədbirləri bir neçə istiqaməti - mədəniyyət sahəsində dövlət və özəl qurumların iştirakının gücləndirilməsi üçün yeni hüquqi praktikaların təqdim olunması, muzey və kitabxana sahəsində müasir idarəetməyə keçid, mədəniyyət klubları şəbəkəsinin təkmilləşdirilməsi və s. əhatə edib.
Ə.Qarayev bildirib ki, Tvinninq layihəsi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə "Qeyri-maddi mədəni irsin qorunması haqqında" qanun layihəsi hazırlanıb. Layihə Milli Məclisin Mədəniyyət komitəsinə təqdim edilmək üçün hazırdır.

Bu xəbər oxundu
- - -