Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Putin ABŞ-ı Suriyanı parçalamağa çalışmaqda ittiham edib

04.04.18, 14:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Rusiya, Türkiyə və İran Suriyanın ərazi bütövlüyü və müstəqilliyini dəstəkləyir. Bəziləri Suriyanı parçalamağa, Orta Şərqdə uzun müddət davam edən münaqişə yaratmağa çalışır”.
Bunu dünən Ankarada prezident sarayında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani ilə Suriyaböhranının tənzimlənməsinə həsr olunan görüşdən sonra keçirilən mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin bildirib.
Rusiya prezidenti deyib ki, Rusiya, Türkiyə və İran Astana prosesini davam etdirməyə qərar verib: “Bu proses sayəsində Suriyada İŞİD terrorçuları ciddi məğlubiyyətə uğradılıb, suriyalılar evlərinə dönməyə başlayıb. Suriya Milli Konqresi çərçivəsində əldə edilən razılıqlar da çox əhəmiyyətlidir. Suriyanın gələcəyini suriyalılar özləri təyin etməlidirlər”.
Vladimir Putin qeyd edib ki, Şərqi Qutada yüz minlərlə insanın xilas edilməsi ilə bağlı bənzəri olmayan xilasetmə əməliyyatı həyata keçirilib: “Rusiya şirkətləri Suriyada infrastruktur və digər iqtisadi layihələr həyata keçirməkdədir. Terrorçular kimyəvi maddələrdən silah kimi istifadə edirlər. Biz bu kimi hallara qarşı qətiyyətlə mübarizə aparmalıyıq”.
Rusiya prezidenti Ankarada əldə olunan razılıqların Suriyada sülhün əldə edilməsinə töhfə verəcəyinə əmin olduğunu vurğulayıb.

Bu xəbər oxundu
- - -