Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlıq mümkündür”

04.04.18, 14:38
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Rusiya avroatlantik regionda təhlükəsizliyin bərqərar olmasında əsas oyunçulardan biridir".
Bunu VII Moskva Beynəlxalq Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlamasında ATƏT-in baş katibi Tomas Qreminger bildirib.
"Biz istəyirik ki, Rusiya hərbi-siyasi məsələlərin həllində vacib rolunu davam etdirsin. Avropanın hərbi və hərbi-siyasi sahələrdə Rusiyaya ehtiyacı var. Moskva ilə münasibətlərin konstruktiv olması Avropanın ümumi təhlükəsizliyinə və ATƏT-in fəaliyyətinə müsbət təsir edəcək. Rusiya Avropanın təhlükəsizliyində əsas tərəfdaşdır. Rusiya bizə lazımdır, bu, sözsüz ki, ATƏT-ə də aiddir", - deyə Tomas Qreminger söyləyib.
Tomas Qreminger deyib ki, ATƏT-in Minsk qrupu formatı Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlığın mümkün olduğunu göstərir: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə ATƏT-in Minsk qrupu məşğul olur. Minsk qrupunun həmsədr ölkələri Rusiya, ABŞ və Fransadır. Bu ölkələr uzun müddətdir, Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasıyla məşğul olur. Bu nümunə göstərir ki, Avropanın təhlükəsizliyi uğrunda əməkdaşlıq mümkündür".

Bu xəbər oxundu
- - -