Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Bütün yollar Çinə doğru uzanır

05.04.18, 7:30
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Və yaxud Qırğızıstın güclü qonşusundan necə asılı vəziyyətə düşüb?

Qırğızıstanın populyar “Bişkekin səsi” portalında maraqlı bir məqalə dərc olunub. Materialın aktuallığını nəzərə alaraq, onu oxucularımıza təqdim edirik.
Bir qədər əvvəl internet şəbəkələrində yayılan və Çin hökumətinin hakim Qırğızıstan Sosial Demokrat Partiyasına(QSDP) ayırdığı qrant vəsaitləri haqda xəbərlər yenidən ölkə mediasının diqqət mərkəzindədir. Doğrudur, partiya rəhbərliyi söylənilənləri inkar etməyə çalışsa da, müstəqil ekspertlərin fikrincə fakt öz faktlığında qalır.
Belə ki, yerli analitiklərin fikrincə, rəsmilər bunu nə qədər təkzib etməyə çalışsalar da, Qırğızıstanın Çindən maliyyə cəhətdən asılılığı gündən-günə özünü daha çox büruzə verməyə başlayıb. Hazırda Qırğızıstanın dövlət borcu 4 milyard ABŞ dollarını ötüb ki, bunun da təqribən 40%-i Çinin dövlət İxrac-İdxal Bankının payına düşür.
İqtisadçı ekspertlər həmin səs-küylü qrant məsələsini xronoloji ardıcıllığını belə şərh edirlər. QSDP-nin üzvi, deputat Rıskeldi Mombekov ötən həftə KİV-ə müsahibəsində fəxrlə söyləyib ki, Çinin hakim Kommunist Partiyası QSDP-yə 1 milyon som(təqribən 15 min ABŞ dolları) dəyərində mayiyyə yardımı ayırıb. Deputatın söylədiyinə görə, həmin vəsait partiyanın mərkəzi ofisində iclas zalının texniki təchizatının yaxşılaşdırılmasına yönəldiləcək. Amma üstündən az keçmiş QSDP-nin sədr müavini Fərid Niyazov jurnalistlərlə söhbətində qeyd edib ki, əslində Çin tərəfinin yardımı pul ekvivalentində deyil, onlar sadəcə partiyanın mərkəzi qərargahını lazımı texniki inventarlarla təchiz edəcəklər, vəssalam.
Lakin , ekspertlərin fikrincə, bu açıqlama da inandırıcı görünməyib. Odur ki, Çin tərəfinin QSDP-yə ayırdığı qrant vəsaiti ətrafında mətbuatda müzakirələr başladılıb. Belə ki, ölkənin mövcud “Siyasi partiyalar haqqında” qanununa görə, siyasi birliklərin fəaliyyətinin xarici dövlətlər, xarici ölkələrin siyasi partiyaları,eləcə də xarici dövlətlərin hüquqi və fiziki şəxsləri tərəfindən maliyyələşdirilməsi qadağan olunur. Bu arada isə jurnalistlər xəbər tutublar ki, sən demə QSDP-yə ayrılan həmin o qrant vəsaiti birbaşa partiyaya deyil, Joqorku Keneşa-ölkə parlamenti vasitəsilə, dolayı yolla partiyaya yönəldilib. Bu hal isə ölkənin mövcud qanunlarının tapdanılmasına rəvac verdiyi üçün ölkə parlamentinin nüfuzunun aşağı enməsinə səbəb olub. Analitiklərin sözlərinə görə, hadisələrin sonrakı inkişafı daha maraqlıdır. Belə ki, Qırğızıstan parlamenti aparatının mətbuat xidmətinin rəhbəri KİV-ə müsahibəsində bildirib ki, Joqorku Keneşa Çin Kommunist Partiyasından hər hansı bir məbləğdə yardım almayıb. Məsələ burada da bitməyib. Ardından KİV qarşısında çıxış edən QSDP-nin sədr müavini Fərid Niyazov bəyan edib ki, Çin tərəfinini partiya üçün ayırdığı 1 milyon som dəyərindəki texniki yardım layihəsindən heç istifadə belə edilməyib.
Maraqlıdır, deyilmi? Ekspertlərin fikrincə məsələ o qədər qəliz olub ki, partıya rəsmiləri Çinin ayırdığı maliyyə yardımını nə etdiklərini ana dilində izah etməyə belə çətinlik çəkiblər. Biri deyib QSDP vəsaiti pul şəklində alıb, digəri deyib texniki inventar şəklində, üçüncüsü parlament xətti ilə, o birisi isə məsələni lap düzəldib- ümumiyyətlə bu layihənin heç reallaşmadığını bildirib. Qısası, heç kim heç nə almayıb və heç nə də görməyib!
Yerli analitiklərin sözlərinə görə, Qərbdə belə hallarda hakim partiyanın rəhbərliyi, ya da ki, hökumət tam tərkibdə istefaya göndərilir. Amma Qırğızıstan qərb dövləti deyil! Bu xəbər, əslində, heç ölkə ictimaiyyətini bir o qədər də narahat etməyib. Çünki QSDP yaranan gündən ictimaiyyət o qədər bu kimi qalmaqallarla rastlaşıb ki, bir növ buna adətkarda olublar. Ekspertlərin sözlərinə görə, Almazbek Atambayev Qırğızıstan Sosial Demokrat Partiyasını yaradarkən siyasi təşkilatın prioritetlərini də dəqiq müəyyənlşdirmişdi. Bunlar təqribən belə səslənirdi: “Kim bizə haq verir-o bizim dostumuzdur!”.
Odur ki, analitiklər belə iddia edirlər ki, məhz bu səbəbdən də Atambayev “dost” sarıdan heç vaxt korluq çəkməyib- onlar həm ölkə daxilində olublar, həm də onun xaricində!. Bunun üçün kifayət qədər fakt ortaya qoymaq olar ki, kim necə və hansı məbləğin qarşılığında QSDP-nin üzvü olub. Və Almazbek Atambayev ölkə prezidenti postunu tərk etdikdən sonra, onun “adamı” olan Fərid Niyazov bu ənənəni davam etdirib. Və nəhayət ötən həftə partiyanın qurultayında Almazbek Atambayev rəsmən QSDP-nin lideri postuna seçilib. Bu isə o deməkdir ki, hakim partiyada birinci şəxs olaraq yenidən dövlətin bütün rıcaqlarını öz əlində toplamış olub.
Analitiklərin də ölkənin gələcəyi ilə bağlı əsas narahatçılığı elə bunula əlaqədardır. Qrant, kredit, yardım, texniki yardım- adını nə qoyursan qoy- bütün bunlar yardım alanı yardım verənin təsiri altında saxlamaqdan başqa bir şey deyildir. Və bu təsir gündən-günə daha da artır. Rəsmi statistikaya görə, 2018-ci ilin 31 yanvar tarixinə Qırğızıstanın xarici borcu 4,6 milyard ABŞ dolları təşkil edib ki, bunun da 1,7 milyardı məhz Çinin payına düşür.
İqtisadşı ekspertlərin sözlərinə görə, həmin vəsaitlr müxtəlif infrastruktur layihələrinin icrası üçün Qırğızıstana verilib. Onlarınn sırasında qalmaqallı Bişkek İstilik eliktrik stansiyasının tikintisi də var. Hansı ki, ağlasığmaz həddə kredit hesabına yenidən rekonstruksiya edilən həmin stansiya qışın ortasında əhalini düz bir həftə istilik üzünə həsrət qoyub. Siyahıda digər maraqlı detallar da var. Məsələn, “Şimal-Cənub” avtomobil yolunun inşası başa çatdıqdan sonra belə bəlli olub ki, onun dəyəri ilkin hesablamalardan düz iki dəfə bahadır. Eləcə də, orta məktəb tikintilərini sadalamaq olar. Ekspertlərin sözlərinə görə, son illər ölkədə məktəb tikintisini aparan podratçı şirkətlərin tez-tez dəyəşdirilməsi adi hal alıb.Halbuki onlar tender qaydasında müəyyən edilrlər. Və nəticədə belə bəlli olur ki, tikintinin başa çatdırılması üçün dövlət tərəfindən yenidən vəsait ayrılmalıdır!
Analitiklər belə hesab edirlər ki, indiyədək Qırğızıstanda Çinin maliyyələşdirdiyi heç bir layihə öz axarında icra olunmayıb.Əksinə, bütün layihələrin icrasında qalmaqal, vəsaitlərin yeyintisi və yubanmalar müşahidə olunub. Digər tərəfdən isə, bütün bu layihələri daha bir fakt bir-birinə birləşdirir-onların hamısı Almazbek Atambayevin ölkəyə rəhbərliyi dövrünə təsadüf edir! Bu isə çox şey deməkdir! Ekspertlər belə iddia edirlər ki, Qırğızıstanın sabiq prezidentini hər bir layişənin icrasında yalnız bir məqam düşündürürmüş- həmin layihənin ölkəyə deyil, onun özünə hansı xeyri dəyəcək !?.
Yerli iqtisadçılar belə iddia edirlər ki, Almazbek Atambayev ölkədə elə bir sistem qurub ki, onun prezidentlikdən getməsindən təqribən yarım il ötməsinə baxmayaraq, həmin sistem saat mexanizmi kimi dəqiqliklə işləməkdədir. Atambayevin rəhbər vəzifələrdə oturtmuş olduğu sosial-demokrat kadrlar öz liderlərinə sadiq qalaraq Pekindən hələ də borclanmaqdan usanmırlar. Öz şəxsi qazancları naminə ölkənin maliyyə sistemini güclü qonşu dövlətdən daha çox asılı vəziyyətə gətirməkdən çəkinmirlər.
Odur ki, ekspertlər belə bir qənaətdədirlər ki, sübuta getirilməsi zor olsa da, belə bir nəfsə malik olan komanda haqqında yuxarıda söhbət açılan 1 milyon som dəyərindəki qrantı çoxdan alıb və “təyinatı” üzrə xərcləyiblər də! Amma, bu məsələdə şübhə doğuran başqa məqam var. Və uzun müddətdir ki, elə iqtisadçı ekspertlər də onun üzərində baş sındırırlar “Bəs niyə belə az?!” Axı Atambayev kimi nəhəng iştaha malik olan bir adam, eləcə də onun əlaltısı olan Fərid Niyazov necə ola bilər ki, belə kiçik bir məbləğlə razılaşıblar? Görünür, bu rəqəm mətbuatın əlinə keçən hissədir-başqa sözlə rəcmi açıqlanandır. Aysberqin görünməyən hissəsini təxmin etmək isə çox da çətinlik törətmir!...
Cavid

Bu xəbər oxundu
- - -