Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin növbəti uğuru

10.04.18, 11:57
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində bu ölkənin Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə orkestr alətlərində gənc musiqi ifaçılarının Yevgeni Mikeladze adına III Beynəlxalq Müsabiqəsi keçirilib. Müsabiqənin təşkilatçısı “Harmoniya” Gürcü Folkloru və Klassik Musiqisinin İnkişafı Birliyinin sədri Sisino Biçikaşvili olub.
Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, müsabiqənin münsiflər heyəti qismində hər iki ölkənin tanınmış musiqişünasları - Diana Caiana, Serqo Tkabladze, Anna Lomtadze, Hökümə Əliyeva, Əziz Qarayusifli və Lana Quldedava çıxış ediblər. Müsabiqədə ölkəmizi Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi, Leopold və Mstislav Rostropoviçlər adına 21 nömrəli onbirillik və 24 nömrəli onbirillik musiqi məktəblərinin şagirdləri təmsil ediblər. İki turdan ibarət müsabiqənin şərtlərinə əsasən iştirakçılar nəfəs alətlər üzrə iki, simli alətlər üzrə isə üç yaş qrupunda yarışıblar.
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdləri müsabiqənin hər iki mərhələsində uğur qazanıblar. Nəfəs alətləri nominasiyasında qoboy ixtisası üzrə Zakir Allahverdili Qran-Pri mükafatına, truba ixtisası üzrə Əlipaşa Şahgəldiyev isə birinci yerə layiq görülüblər. Simli alətlər nominasiyasında skripka ixtisası üzrə Zərrin Əliyeva Qran-Pri mükafatına, Ülvi Tahirov birinci yerə və Nuray Seyid isə ikinci yerə layiq görülüb.

Bu xəbər oxundu
- - -