Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Rusiyanın başqa marağı var”

10.04.18, 12:35
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Rusiya Xəzəri sülh hövzəsi elan etsə də, Xəzər dənizində hərbi potensialını artırır. Hərbi donanmanın Azərbaycan sərhəddində yerləşdirilməsi Moskvanın Azərbaycana xoş olmayan jestidir”.
Bunu “Atlas” Araşdırmalar Mətkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloq bildirib ki, ABŞ-ın Xəzərdə hərbi varlığı olmasa da, Xəzərin təhlükəsizliyi ilə bağlı Bakı ilə sıx əməkdaşlıq edib və müxtəlif illərdə Azərbaycana Xəzərdə enerji infrastrukturlarının mühafizəsi üçün hərbi katerlər verib. Eləcə də sualtı xüsusi təyinatlı qüvvələr hazırlanmasında iştirak edib: “Görünür, bu faktor da Rusiyanı narahat edib. Ancaq ABŞ-ın Azərbaycana verdiyi kiçik tutumlu katerlər Rusiyaya heç bir təhlükə törətmir. Fikrimcə, Rusiyanın Xəzərdə hərbi dəniz donanmasını gücləndirməkdə bir başqa marağı da var. Rusiya Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə boru xəttinin çəkilməsinin əleyhinədir. Bu mövzu ilə bağlı danışıqlar son illər intensivləşib. Türkiyə və Avropa İttifaqı Xəzər dənizinin dibi ilə boru xəttinin çəkilməsini istəyirlər. Moskva bundan narahatdır. Xəzərdə və Azərbaycana yaxın ərazidə hərbi dəniz donanmasının gücləndirməsi həmin boru xəttinin çəkilməsinə də əngəldir”.

Bu xəbər oxundu
- - -