Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ heç bir şəkildə Suriyadakı hərbi mövcudluğuna son qoymayacaq”

10.04.18, 12:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Vüqar Zifəroğlu: “Dolayısı ilə də olsa da, bu mövcudluq davam edəcək”


“Suriya ilə bağlı 24-48 saat ərzində böyük bir qərar verəcəm”. Bu sözləri ABŞ Prezidenti Donald Tramp bildirib. Tramp Suriyada iddia edilən kimyəvi silah hücumu ilə bağlı hərbi liderlərlə görüşəcəyini və təcili qərar verəcəyini söyləyib: “Hərbi variantlar daxil, bütün yollar masada olacaq”.
Suriya ordusu isə ABŞ və müttəfiqlərinin gözlənilən hücumuna qarşı həyəcan təbili çalıb.
Almaniya mətbuatı artıq Suriyadakı bəzi hərbi bazaların boşaldıldığını yazıb. Xəbərdə konkret hansı bazaların boşaldılması haqda məlumat verilmir.
Qeyd edək ki, Şərqi Qutanın müxaliflərin nəzarətindəki Duma ərazisinə kimyəvi silahla edilən hücum zamanı 80 nəfər dünyasını dəyişib. Buna cavab olaraq ABŞ-ın Suriyaya zərbə endirəcəyi gözlənilir.
Yaranmş durumu şərh edən analitik Vüqar Zifəroğlu diqqətə çatdırıb ki, Trampın açıqlaması ilə Səudiyyə şahzadəsinin təxminən 1 həftə əvvəl İranla bağlı səsləndirdiyi açıqlama arasında gizli bir rabitə var. O bildirib ki, biz Trampın bu açıqlamasını sözdə ABŞ qoşunlarının Suriyadan çıxarılması ilə bağlı bəyanat kimi qiymətləndirə bilərik: “Ancaq əməldə ABŞ heç bir şəkildə Suriyadakı hərbi mövcudluğuna son qoymayacaq. Dolayısı ilə də olsa da, bu mövcudluq davam edəcək. Hətta ABŞ dəstəklədiyi müxalif qruplara olan hərbi logistik yardımlarını daha da artıracaq. Bu isə o deməkdir ki, kürd qruplaşmalarına yardım artacaq. Bu, çox ciddi bir məqamdır”.
Analitikin sözlərinə görə, digər bir məqam odur ki, ABŞ bir az pərdəarxasına çəkilməklə, bölgəyə daha aktiv oyunçular təqdim etmək istəyir: “Bu məqamda təxminən bir həftə bundan əvvəl Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd bin Salmanın İranla bağlı açıqlamasını xatırlamaq yerinə düşər. ABŞ-ın Suriyadan çəkilməyi, faktiki olaraq, həm Suriyanı, həm də zatən mövqelərini kifayət qədər itirmiş və mövcudluğu çox aşağı səviyyədə olan ABŞ-ın İraqda meydanı tamamilə İrana verməsi deməkdir. ABŞ isə bu addımı heç vaxt atmaz. Yəni Trampdan belə bir açıqlama gəlibsə, bunun ardınca Səudiyyə Ərəbistanının meydana girməsini müşahidə edəcəyik. Ərəb-İran münasibətlərində maraqlı proseslərin yaşanacağını indidən proqnozlaşdırmaq mümkündür”.

Bu xəbər oxundu
- - -