Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

6 bankın əmlakı hərraca çıxarılır

10.04.18, 13:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Əmanətlərin Sığortalanması Fondu (ADIF) Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan QSC "Bank Standard" Kommersiya Bankı, "Texnikabank" ASC, "Kredobank" ASC, "Zaminbank" ASC, "Royalbank" ASC və "Bank of Azerbaijan" ASC-nin balansında olan daşınar və daşınmaz əmlaklarını 41 lot üzrə satışa çıxarır. ADIF-dan bildiriblər ki, 20 lot üzrə əmlak ikinci dəfə, 19 lot üzrə üçüncü dəfə, 2 lot üzrə isə dördüncü dəfə hərraca çıxarılır.
Dördüncü dəfə hərraca çıxarılan ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı bağ evinin və ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 1 ədəd "Daewoo Nexia" avtomobilinin ilkin satış qiyməti 30 faiz aşağı salınıb. Bu əmlakların satışı üzrə hərrac aprelin 30-da keçiriləcək. Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 2 ədəd VAZ-213100, 1 ədəd "Lexus LX-570", 1 ədəd "Mercedes Benz CLS 63 AMG", 1 ədəd "Mercedes Benz GL500", 1 ədəd "Mercedes Benz S500i", 2 ədəd "Mitsubishi Lancer" markalı avtomobil, ləğv prosesində olan "Royalbank" ASC-nin balansındakı 1 mənzil və 2 ev, ləğv prosesində olan "Kredobank" ASC-nin balansındakı 1 mənzil və ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 7 ədəd qeyri-yaşayış sahəsi üçüncü dəfə hərraca çıxarılıb. Üçüncü hərraca çıxarılan əmlakların ilkin satış qiyməti 15 faiz aşağı salınıb.
Ləğv prosesində olan QSC "Bank Standard" KB-nin balansındakı 10 ədəd bankomat, 1 ədəd pulsayan və 1 ədəd pulpresləyən aparat, ləğv prosesində olan "Zaminbank" ASC-nin 1 qeyri-yaşayış sahəsi və 3 mənzil, ləğv prosesində olan "Royalbank" ASC-nin balansındakı 1 fərdi ev, ləğv prosesində olan "Texnikabank" ASC-nin balansındakı 157 ədəd mebel və texniki avadanlıq (bir lot üzrə) və 1 ədəd bankomat və ləğv prosesində olan "Bank of Azerbaijan" ASC-nin balansındakı "Ford Transit" avtomobili hərraca ikinci dəfə çıxarılıb. İkinci və üçüncü dəfə satışa çıxarılan əmlaklar üzrə hərrac mayın 7-də keçiriləcək. Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında, Bakı şəhəri, İ.Hidayətzadə küçəsi, 156(20A) 1933-cü məhəllə ünvanında təşkil olunacaq.

Bu xəbər oxundu
- - -