Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycanda maliyyə sərgisi keçiriləcək

10.04.18, 14:20
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Azərbaycan Sığortaçılar Assosiasiyası" (ASA) İctimai Birliyinin Müşahidə Şurasının (MŞ) görüşü keçirilib.
Görüşdə qurumun sədri Mustafa Abbasbəyli və MŞ-nın üzvü olan sığorta və təkrarsığorta şirkətlərinin rəhbər şəxsləri iştirak edib. Mustafa Abbasbəyli rəhbərlik etdiyi qurumun bu ilin I rübündəki fəaliyyəti barədə qısa məlumat verib. O, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə maliyyə sərgisi keçirməsi niyyətində olduğunu bəyan edib.
ASA sədrinin sözlərinə görə, məqsəd maliyyə sektorunun bütün iştirakçılarının – bank, sığorta və investisiya şirkətlərinin, həmçinin, maliyyə sahəsində fəaliyyət göstərən xarici şirkətlərin bir araya gətirilməsi, burada təmsil olunması və müasir informasiya-kommunikasiya texnologiyalarının maliyyə sektorunda tətbiqinin təşviq edilməsindən ibarətdir. Sərgi keçirilən günlərdə Azərbaycan Sığortaçılar Forumunun da keçirilməsi nəzərdə tutulub.

Bu xəbər oxundu
- - -