Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Ruslar ABŞ-a cavab zərbəsi endirməyə hazırlaşır

12.04.18, 9:36
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

"Kalibr" raketləri ABŞ bazalarına tuşlandı

Əgər ABŞ, guya, Duma şəhərinə kimyəvi hücumla əlaqədar olaraq Suriyada gücdən istifadə etməyə qərar verərsə, onlar yalnız Dəməşqdən deyil, Moskvadan da oxşar cavab alacaqlar. Belə hərəkətlər nəticəsində amerikalılar və onların müttəfiqləri üçün baş verəcək “ciddi nəticələr” haqqında Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bəyanat verib.
“Strateq” “Nezavisimaya qazeta”ya istinadən yazır ki, bu axarda digər rus siyasətçiləri və məmurları da fikir bildirib. Bir qədər əvvəl Rusiya ordusunun Dəməşqi müdafiə etmək üçün hazır olduğu haqqında Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyanat vemişdi: “Bizim hərbçilər artıq buna reaksiya veriblər. Bizim Suriya Ərəb Respublikası (SƏR) qarşısında öz öhdəliklərimiz var”.
Necə reaksiya verildiyini Sergey Lavrov izah etməiyib. Lakin Rusiyanın hərbi fəaliyyətlərini işıqlandran bir neçə sayt yazıb ki, ölkənin silahlı qüvvələri 8-9 apreldə gizlicə tam döyüş hazırlığı vəziyyətinə gətirilib. Hələlik bu barədə rəsmi təsdiq və şərhlər yoxdur. Ancaq Müdafiə Nazirliyinin ordu və donanmasının fəaliyyəti haqqındakı məlumatlara əsasən, həqiqətən, qoşunların və hərbi donanmanın artan aktivliyi barədə fikir yaranır. Xüsusilə, Qara dəniz və Aralıq dənizi hərbi əməliyyat səhnələrində, həmçinin Xəzərdə – oradan artıq bir neçə dəfə Xəzər donanmasının gəmilərindən buraxılan qanadlı “Kalibr” raketlərilə Suriyadakı hədəflərə zərbələr endirilib.
İstisna deyil ki, orada belə zərbələrə hazırlıq indi də aparılır. Hərbi ekspert, general-leytenant Yuri Netkaçevin fikrinə görə, “Əgər Pentaqon Rusiyanı məşhur kimyəvi hücumda ittiham edərək, Tartus və Hmeymimdəki rus bazalarına qarşı “intiqam əməlləri” həyata keçirməyə qərar verərsə, Yaxın Şərqdəki amerikan obyektlərinə və bazalarına “Kalibr”lərlə zərbələr endirilə bilər”.
ABŞ və müttəfiqlərinin Rusiya obyektlərinə zərbələr endirməsinin mümkünlüyü haqqında Ağ evdəki mənbələrə istinad edərək “Reuters” agentliyi söz açıb. Netkaçev əmindir ki, belə zərbələri Rusiya cavabsız qoymayacaq. Lakin ekspert hadisələrin belə inkişaf ssenarisini (“Kalibr”lərlə cavab vermə) azehtimallı hesab edir, çünki həqiqi böyük müharibəyə təhrik edə bilər, bunu da nə ABŞ, nə də Rusiya istəyir.
General fərz edir ki, əgər ABŞ prezidentinin göstərişilə Pentaqon zərbə endirməyə qərar verərsə, o zaman bu, yəqin, amerikalıların bir il bundan əvvəl 59 “Tomahavk” raketi buraxmaqla, Suriyanın Şayrat hava bazasına (iddia edilirdi ki, İdlib vilayətinə kimyəvi hücumu məhz bu bazanın aviasiyası həyata keçirib) endirdiyi zərbəyə bənzəyəcək.
NATO qüvvələrinin sabiq baş komandanı Uesli Klark da bu fikirdədir. CNN televiziyasına verdiyi müsahibədə o, bəyan edib ki, “ABŞ Suriyadakı vertolyot bazasına zərbələr endirə bilər”, guya, bu baza Şərqi Qutadakı Duma şəhərində kimyəvi silah tətbiq edilməsi üçün istifadə edilib. Bununla birlikdə, Klark əmindir ki, bu halda “güc variantından başqa bir variant ola bilməz”.
Eyni zamanda Yeni Amerika təhlükəsizlik mərkəzinin eksperti Nikolas Heras “Foreign Policy” üçün yazdığı məqalədə təsdiq edir ki, ABŞ-ın Suriyaya mümkün zərbəsi bir il bundan öncəki zərbədən daha güclü olacaq. Onun fikrincə, “ABŞ-ın ötən il Şayrat hava bazasına endirdiyi zərbələr öz məqsədinə çatmayıb – hücumdan bir neçə saat sonra Suriya ordusunun təyyarələri bu aerodromdan uçmağa davam etdilər”.
Heras yazır: “Bəşər Əsədə hiss ediləcək ziyan vurulması və Donald Trampın təsəvvürünə görə, yetərli siqnal verilməsi üçün ABŞ daha çox hədəfə hücum etməli olacaq. Elə etməlidi ki, Suriya ordusunun hərbi imkanları sarsılsın”. Ekspertə görə, hücuma ölkənin həm şərqindəki, həm də qərbindəki hərbi obyektlər məruz qala bilər.
Hərbi ekspert polkovnik Vladimir Popov hesab edir ki, “İndi amerikalılardan hər şey gözləmək olar. Axı onlar Suriyada Bəşər Əsəd rejiminin möhkəmlənməsinə qarşıdırlar, deməli, onlar apriori (təcrübədən asılı olmayaraq) Rusiya və İrana da qarşıdırlar”.
O xatırladır ki, ötən il Şayrata zərbə endirməzdən öncə ABŞ Suriyadakı Rusiya komandanlığını planlarından xəbərdar etmişdi. İndi isə Tramp kimyəvi hücumlara görə Rusiyanı ittiham etdiyi halda, belə xəbərdarlıq olmaya bilər. Popov istisna etmir ki, Tramp Əsədin fizki olaraq ortadan qaldırılması haqqında qərar qəbul edə və onun yaşayış yerlərinə zərbə endirə bilər. Bu halda ölkənin mühüm obyektlərini qoruyan Rusiya və Suriya HHM vasitələri öz effektivliyini göstərməlidir.
Qərb KİV-ləri yazır ki, Suriyaya zərbələri, böyük ehtimalla, hazırda Suriya sərhədləri yaxınlığında, Rusiya Hərbi Dəniz Donanmasının maddi-təchizat bazasının 150 mil uzaqlığında yerləşən amerikan esminesi ”USS Donald Cook” endirə bilər. Bu gəmi 1600 km. mənzili olan 56 qanadlı “Tomahavk” raketilə təchiz olunub. Bundan əlavə, Amerika KİV-lərinin yazdığına görə, yaxın günlərdə ona həmin layihədən olan “USS Porter” esminesi (yeri gəlmişkən, o, ötən il Şayrat hava bazasına hücumda iştirak edib) qoşulacaq. Eyni zamanda, Aralıq dənizində ABŞ Hərbi Dəniz Donanmasının“Tomahavk” raketlərilə təchiz edilən digər gəmiləri, o cümlədən Suriyadakı hədəflərə hücum edə biləcək atom sualtı qayıqları da var.

Bu xəbər oxundu
- - -