Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Azərbaycan ədəbiyyatı nüfuzlu Rusiya mətbuatında

12.04.18, 11:49
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin milli ədəbiyyatın beynəlxalq miqyasda tanıdılması və təbliği istiqamətində həyata keçirdiyi növbəti layihənin – Rusiyanın “Literaturnaya qazeta” nəşrinin Azərbaycan ədəbiyyatına ayırdığı “Müasir Azərbaycan ədəbiyyatı” səhifəsinin ilk təqdimatı olub. Tərcümə Mərkəzindən bildirilib ki, qəzetin 11 aprel nömrəsində Əli Kərimin “Qayıt”, “Daş”, “Analar ağlayır”, Vaqif Səmədoğlunun “Qaya”, “Şopen”, “Səhər açılır”, Ramiz Rövşənin “Göy üzü daş saxlamaz”, “Ay işığı”, Vaqif Bayatlının “Göy üzünə qalxan dəniz”, “Biz qəribik”, “Həyat davam edir” şeirlərinin dərc olunduğu qoşa səhifə “Baş verən şeirlər” “Ön söz”ü ilə təqdim edilir.
“Ön söz”də, Rusiyanın geniş oxucu auditoriyasına təqdim olunan bu ədəbi simaların hər birinin yaradıcılığı ayrı-ayrılıqda və birlikdə Azərbaycan ədəbiyyatının əlamətdar hadisəsi kimi qeyd edilir: “Onların yaradıcılığına olan maraq yeni fərdiyyətçi şüurdan, üslub azadlığından irəli gəlirdi. Bu, elə bir dövr idi ki, ədəbiyyatda ifrat həddə çatmış pafos, yaradıcı axtarışların yeniliyi və müxtəlifliyi ilə əvəzlənirdi. Amma bu, bir tarixi dövrün ətalətinin mexaniki dəf edilməsi deyildi. Bu şairlərə populyarlıq qazandıran, ilk növbədə, onların poetik istedadının miqyası və potensial imkanlarının genişliyi idi. Nəzərinizə təqdim edilən bu şeirləri oxuduqca, istər-istəməz Yevgeni Yevtuşenkonun “Şeirlər yazılmır – baş verir” sözləri yada düşür”.

Bu xəbər oxundu
- - -