Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Məzahir Pənahov mediaya təşəkkür etdi

12.04.18, 12:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Səsvermə sakit, aram və Azərbaycan seçicilərinin konstitusional hüquqlarının reallaşdırılması üçün bütün standartlara cavab verən şəraitdə baş tutdu. Bu sözləri MSK sədri Məzahir Pənahov seçkinin nəticələri barədə danışarkən deyib. Onun sözlərinə görə, seçki prosesində heç bir qarşıdurmaya yol verilməyib: “Bu da seçki mədəniyyətinin yüksək olmasını göstərir. Baxmayaraq ki, seçkilərdə müstəqil namizəd, təşəbbüs qrupunun namizədi və 6 siyasi partiya iştirak etdi, bütün proseslər qanunun tələbinə uyğun keçirildi. Dairə və məntəqələr öz vəzifələrinin öhdəsindən gəliblər. Xarici müşahidəçilər də çox müsbət, bizim çəkdiyimiz əziyyətə layiq xarakteristika veriblər. Ümumilikdə gün ərzində ölkədə təhlükəsizliyin təmin olunması baxımından heç bir problem olmayıb. Azərbaycan polisi öz fəaliyyətini Seçki Məcəlləsinin normalarına uyğun apardığı üçün onlardan şikayət daxil olmayıb. KİV bizim, Azərbaycan xalqının etimadını doğrultdu, mütəmadi olaraq prosesləri tələblərə cavab verən səviyyədə işıqlandırdılar. Buna görə də kütləvi informasiya vasitələrinin nümayəndələrinə öz təşəkkürümü bildirirəm”.

Bu xəbər oxundu
- - -