Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Azərbaycan xalqı və ordusu Ermənistanın işğalçılıq siyasəti ilə heç zaman barışmayacaq”

12.04.18, 13:00
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Fəzail Ağamalı: “Torpaqlarımızın işğaldan azad olunması üçün bütün imkanlarını ortaya qoyacaq”

“Aprel döyüşləri Azərbaycan ordusunun gücünü, qüdrətini, qəhrəmanlığını vətənə və torpağa birmənalı şəkildə bağlılığını, həm düşmən ölkəyə, həm də onun müttəfiqlərinə nümayiş etdirdi”. Bu fikirləri Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı səsləndirib. O, ordumuzun gücündən və gələcək üçün görməli olduğumuz işlərdən danışıb: “Azərbaycan ordusu sübut etdi ki, Azərbaycan xalqı və ordusu Ermənistanın işğalçılıq siyasəti ilə heç zaman barışmayacaq və torpaqlarımızın işğaldan azad olunması üçün bütün imkanlarını və potensialını lazımi səviyyədə ortaya qoyacaq. Aprel döyüşləri həm də müstəqil dövlətimizin gücünün və qüdrətinin nümayişi oldu. Ermənilərdə və onların müttəfiqlərində belə bir təəssürat var idi, ki, Azərbaycan ordusu zəifdir, onların döyüş qabiliyyəti erməni ordusundan aşağıdır, vətənpərvərlik hissi yoxdur və ötüb keçən illər bu işğalı unuddurub. Ordumuz bunların hamısını alt-üst elədi və sübut etdi ki, ulu babalarımızın genetik kodlarını özündə daşımaqdadır, döyüşən və vətənpərvər xalqdır və bizim üçün torpaq müqəddəsdir. İşğalçıların işğal siyasətinə son qoyulması heç də uzaqda deyil. Bu murdarlar qısa zaman kəsiyində aprel döyüşlərindən, ordumuzun gücündən və inkişafından, prezidentimizin qətiyyətli mövqeyindən nəticə çıxarmasalar, onlar məhvə məhkumdur. Qarşıdan gələn illərdə işğal olunmuş torpaqlarımızdan Ermənistan qızıl ordumuzun qəhrəmanlığı nəticəsində işğal olunmuş torpaqlarımızdan qaçacaqlar. Eyni zamanda onların dövlətçiliyi də təhlükə qarşısında qalacaq və Ermənistan bir dövlət kimi çökəcəkdir”.
F.Ağamalı bildirib ki, aprel döyüşləri ilə bağlı film çəkilməli və əsərlər yazılmalıdır: “Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğurunda döyüşən və qan tökən şəhid olan hər bir soydaşımız bizim üçün əzizdir. Aprel döyüşləri zamanı da biz şəhidlər verdik və onların da ruhu bizim üçün həmişə əziz olaraq qalacaqdır. Onlar böyük coşquyla Azərbaycan xalqının dəstəyi ilə himnimizin sədaları altında dəfn edildilər. Bu gün dövlətimizin şəhid ailələrimizə çox böyük qayğısı var və onların şəhadət günü həmişə qeyd olunur. Şəhidlərimizlə bağlı az sayda şeirlər və yazılar dərc edilib. Amma mənə elə gəlir ki, yazıçılarımız, şairlərimiz və rejissorlarımız aprel döyüşlərində şəhid olan qəhrəman övladlarımızı da vəsf etməlidirlər. Onların qəhrəmanlığı ilə bağlı filmlər çəkilməlidir, poemalar və nəsr əsərləri ortaya qoyularaq gələcək nəsillərə bir nümunə kimi təqdim edilməlidir”.

Bu xəbər oxundu
- - -