Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Erməni yalanına qarşı bütün qonşu dövlətlərin mübarizəsi vacibdir”

13.04.18, 12:03
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

“Erməni yalanına qarşı bütün qonşu dövlətlərin, eləcə də sivil ölkələrin birgə mübarizəsi vacibdir”. Bunu “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu deyib: “Azərbaycan və Türkiyə Ermənistanın bu yalanına qarşı mübarizə aparmağa məcburdur. Əgər biz deyiriksə ki, “biz bir millət iki dövlətik”, bizim birgə mübarizədən başqa yolumuz yoxdur. Ermənilər həm Türkiyənin, həm də Azərbaycanın başına bəlalar açıb. Biz nə qədər bir yerdə mübarizə aparacayıqsa, bir o qədər böyük uğura nail olacayıq. Son vaxtlara qədər Türkiyə “Xocalı soyqırımı” ifadəsini işlətmirdi. Bu yaxınlarda biz bu ifadəni cənab Rəcəb Tayyib Ərdoğanın dilindən eşitdik. Ərdoğan Xocalı soyqırımından danışdı. Bu, çox böyük bir hadisədir. Mən çox istərdim ki, yalnız Türkiyə və türk dünyası deyil, sivil dünya bu işlərdə bizə dəstək versin. Dünya ya Ermənistan kimi təcavüzkar dövlətə öz yerini göstərməlidir, ya da bu gün bizim başımıza gələn hadisə sabah başqa bir dövlətin, məsələn, İranın, Gürcüstanın başına gələ bilər. Ermənistan Qafqaz üçün böyük bir bəladır. Odur ki, Azərbaycan və Türkiyənin haqq işini müdafiə etmək bu ölkələrin özləri üçün də gərəklidir”.

Bu xəbər oxundu
- - -