Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“ABŞ bu hədəfində Rusiya amilini nəzərə alacaq”

13.04.18, 12:17
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

İlqar Vəlizadə: “Hərbi müdaxilənin konkret miqyasından və ya zamanından söhbət gedə bilməz”

“ABŞ-ın Suriyaya hərbi müdaxiləsi bütün hallarda regiondakı proseslərə çox ciddi mənfi təsir göstərəcək”. Bu sözləri ABŞ-ın Suriyaya zərbə ehtimalını dəyərləndirən politoloq İlqar Vəlizadə deyib. Ekspert vurğulayıb ki, hələ hərbi müdaxilənin konkret miqyasından və ya zamanından söhbət gedə bilməz: “ABŞ-ın Suriyaya hərbi müdaxiləsi bütün hallarda regiondakı proseslərə çox ciddi mənfi təsir göstərəcək. Ancaq hələ ki, bu sadəcə, ABŞ-ın bir hədəfi kimi təyin olunub. Hesab edirəm ki, ABŞ bu hədəfində Rusiya amilini nəzərə alacaq. Təcrübə göstərir ki, ABŞ belə addımları atan zaman çalışır ki, birbaşa Rusiya hərbiçlilərinə zərər dəyməsin və ya bu, minimum həddə olsun. Çox güman ki, bu dəfə də belə olacaq. Əgər belə olmasaydı, ABŞ hökuməti Rusiyaya müraciət etməzdi. Ona görə də düşünürəm ki, bəyanat verilsə belə, bu addımlar yaxın vaxtlarda reallaşmayacaq, yaxud da lokal şəkildə olacaq”.
Politoloqun fikrincə, ABŞ-ın Suriyaya hərbi müdaxiləsi fonunda raket zərbələri xüsusi yerlərə, Rusiya hərbiçilərinin olmadığı ərazilərə endirilə bilər:
“Əks halda Rusiya cavab verməyə məcbur olacaq. Bu da regionda zəncirvari reaksiyalara gətirib çıxara bilər. Rusiyanın cavab zərbəsinə digər ölkələr, xüsusilə də İran qoşula bilər. Bunu isə heç kəs istəməz. Ona görə ABŞ-ın rus bazalarına hərbi müdaxiləsi ilə bağlı gedən söz-söhbətlər real vəziyyəti əks etdirmir. Real vəziyyətlə bəyanatlar arasında böyük fərq var”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)