Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

“Ermənilər provokativ xəbərlərlə Rusiyanın diqqətini çəkməyə çalışır”

13.04.18, 12:48
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Ermənistan KİV-ləri və provokasiya anlayışlarını qoşa görməyə adət etsək də, son bir neçə gündə düşmən mətbuatında Azərbaycana qarşı provokasiya xarakterli məlumatların sayında xüsusi artım müşahidə edilir. Maraqlıdır ki, ermənilərlə yanaşı həmçinin erməni mövqeyində olan analitiklər də bu prosesə cəlb olunur və qarşı tərəf bununla uydurma məlumatların əsaslandırılmasına çalışır.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov belə yazır. Onun qənaətinə görə düşmənin provokasiya xarakterli məlumatlarının bir neçə istiqamətini fərqləndirmək olar: “Əlbəttə, birinci istiqamət Azərbaycan ordusunun guya Naxçıvan və Tavus istiqamətində atəşkəsi pozaraq təxribat törətməsi ilə bağlıdır. Bu məlumatların məzmunu Azərbaycan əsgərlərinin erməni əsgərləri, həmçinin sərhəd bölgələrin yaxınlığında yerləşən kəndlərdə yaşayan dinc əhaliyə zərər vurması ilə bağlıdır. Provokasiya xarakterli məlumatlarda digər istiqamət isə Rusiyanın Azərbaycana satdığı silahlarla bağlıdır. Bu məlumatlara görə, guya Azərbaycan Rusiya silahlarının keyfiyyətindən narazıdır və idxal üçün yeni bazarlar axtarır. Lakin həm bu, həm də digər bənzər provokasiya xarakterli şayiələr erməniyönümlü analitiklərin fikirləri ilə möhkəmləndirilərək əsaslandırılır. Məqsəd isə aydındır: ilk növbədə daxili auditoriya nəzərə alınır.
Provokasiya xarakterli məlumatlarla bağlı fərqləndirdiyim ilk istiqamət - guya Azərbaycanın atəşkəsi pozması ilə bağlı xəbərlər - reallığa qətiyyən uyğun deyil. Halbuki Azərbaycanın atəşkəsi pozmağa ümumiyyətlə ehtiyacı yoxdur. Provokasiyaya sərfəli yanaşan yeganə tərəf Ermənistandır. Ermənilər bu məsələdə müəyyən qədər Rusiya amilindən istifadə etmək istəyirlər. Məlum olduğu kimi, Ermənistan və Rusiya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı daxilində müttəfiqdir. KTMT-nin nimzanaməsinə görə isə əgər KTMT ölkələrindən hər hansına hücum baş verərsə, təşkilatın digər üzvləri həmin ölkənin öz çağırışı ilə o ölkəyə hərbi müdaxilə edə bilər. Görünür, ermənilər provokativ xəbərlərlə Rusiya və KTMT-nin digər üzvlərində guya Azərbaycanın onlara hücum etməsi barədə təsəvvür yaratmağa çalışırlar.
Ermənistan tarixinin bənzər teatr oyunları ilə zəngin olduğunu nəzərə alsaq, onların həm daxili, həm də xarici auditoriyaya yanaşmada belə provokasiyalarla uydurma məlumatları həqiqət kimi təqdim etməyə çalışması bizi təəccübləndirməməlidir.
Bu, digər tərəfdən də Qarabağ məsələsinə təsir göstərmək üsuludur. Ermənistan hökuməti bununla Azərbaycan haqqında beynəlxalq arenada yanlış təsəvvür oyatmağa cəhd göstərir. Cəmiyyət daxilində isə Azərbaycanın sərhəd xəttinin müxtəlif istiqamətlərində guya aqressiv davranması ilə bağlı xof yaradılmağa çalışılır.
Əgər ümumiləşdirsək, bu, informasiya müharibəsində erməni tərəfinin uydurma və əsassız, məntiqə uyğun olmayan məlumatlar üzərində qurulan növbəti hiyləgər addımıdır. Həm Naxçıvan, həm də Tavus istiqamətində atəşkəsin pozulması barədə iddialar irəli sürməklə Ermənistanın mövcudluğunun, dövlət sərhəd xətlərinin təhlükəsizliyinin sual altında olması ilə bağlı təsəvvür formalaşdırılır. Şübhə doğurmur ki, çox qısa zamandan sonra erməni lobbisinin dünyanın müxtəlif bölgələrindəki nümayəndələri diasporlar vasitəsilə fərqli beynəlxalq qurum və təşkilatlara müraciət edərək Azərbaycanı növbəti dəfə aqressor qismində təqdim etdirməyə çalışacaqlar.
Hazırda önəmli olan erməni və erməni yönümlü xarici analitiklərin açıqlamaları fonunda bunun teatr pərdəsi olması, həqiqi oyunun isə onun arxasında oynanılmağa çalışılmasını anlamaqdan ibarətdir. Azərbaycan tərəfi üçün Ermənistanın sərhəd xətti boyunca atəşkəsi pozmasının ümumiyyətlə məntiqə uyğun olmadığını və bütün bu provokasiyaların motivlərini nəzərə alsaq, teatr pərdəsi arxasındakı oyunun ümumi siluetləri bizim üçün getdikcə daha da aydın olacaq”.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)