Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

Rusiyalı media nümayəndələri Mətbuat Şurasında olublar

13.04.18, 14:19
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Dünən Rusiyanın Udmurdiya Respublikasının Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko və Udmurdiyanın Mətbuat və Kütləvi Kommunikasiya Agentliyinin rəhbəri Vitali Trefilov Azərbaycan Mətbuat Şurasında olublar.
Qonaqları salamlayan MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov onlara rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib.
MŞ sədri həmçinin bildirib ki, Şura dünyanın, o cümlədən Rusiyanın kütləvi informasiya vasitələri və jurnalist təşkilatları ilə sıx əlaqələr saxlamaqdadır.
Mövcud xüsusda aparılmış qarşılıqlı fikir mübadiləsi gedişində Azərbaycanda və Rusiyada medianın vəziyyəti barədə söhbət açılıb. Bildirilib ki, internet medianın ənənəvi medianı sürətlə üstələdiyi bir zamanda mətbuat orqanlarının ayaqda qalmaları, rəqabətə davam gətirmələri sosial sifarişdir. Bu baxımdan hər iki ölkədə mediaya dövlət dəstəyi ilə bağlı məqamlar qabardılıb. Əflatun Amaşov və MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu qonaqları Azərbaycanda mövcud istiqamətdə reallaşdırılmış işlərlə tanış ediblər.

Udmurdiya Respublikasının Jurnalistlər İttifaqının sədri Yelena Kapitonenko bildirib ki, Udmurdiyada hər il dövlət büdcəsindən qəzetlərə vəsait ayrılır. Bu, mətbuat orqanlarının səmərəli fəaliyyətinin təşkilini təmin edir.
Görüşdə Rusiya və Azərbaycan jurnalistlərinin perspektiv əməkdaşlığına dair bir sıra məqamlar müzakirə olunub. Rusiyalı qonaqlar təmsil olunduqları qurumun mövdud istiqamətdəki fəaliyyətə hər cür kömək göstərməyə hazır olduqlarını vurğulayıblar.

Bu xəbər oxundu
- - -



___

Tehrandan Bakıya dil uzadanlar – Azərbaycandan düşmən yaratmaq onların nəyinə lazımdır?(ardı...)