Xalq Cəbhəsi Qəzeti logo
Xalqın səsi
ilham

AFFA Abbasovla Abasovu cəzalandırdı

17.04.18, 11:55
Facebook-da paylaş Twitter-da paylaş Google-da paylaş Yahoo
Bu xəbəri paylaş
 

Aprelin 17-də AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan Kubokunun 1/2 final mərhələsinin ilk oyunları və Topaz Premyer Liqasının XXIII turunun matçlarında yaşananlar müzakirə olunub. Kubokun “Qəbələ” – “Neftçi” oyununun 68-ci dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimələnib. 3 dəqiqə sonra qonaqların azarkeşləri eyni hərəkət etdiyindən bakılılar da 800 manat ödəyəcək.
Kubokun “Keşlə”ylə səfər matçının 80-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Samir Abasov texniki zonadan kənarlaşdırılıb ki, buna görə də 1 oyun cəzalanıb, klubunu 800 manat ziyana salıb. Premyer Liqasının “Sumqayıt” – “Keşlə” görüşündə qırmızı vərəqə alan qonaqların futbolçusu Məqsəd İsayev 1 oyunluq cəzalanıb, klubunu 200 manat xərcə salıb. “Qəbələ” – “Səbail” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan əyalət təmsilçisi 800 manat cərimələnib. “Kəpəz” – “Qarabağ” matçında 4 futbolçusu sarı vərəqə alan meydan sahibləri də eyni məbləği ödəyəcək. Oyunun 37-ci dəqiqəsində “Kəpəz” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat ziyana düşüb.
“Zirə” – “Neftçi” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Matçın 51-ci dəqiqəsində “Zirə”nin futbolçusu Yani Urdinov qırmızı vərəqə alıb ki, bu da onun 1 oyunluq cəzalanmasına, klubunun 200 manat cərimələnməsinə səbəb olub. Oyunun 85-ci dəqiqəsində texniki zonadan kənarlaşdırıan lmeydan sahiblərinin baş məşqçisi Ayxan Abbasov 1 oyun cəzalanıb və zirəliləri 800 manat ziyana salıb. Ona fevralın 21-də verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilib, ona 6 ay sınaq müddəti verilmişdi. Bu müddət ərzində baş məşqçi yenidən cəzalandığına görə sanksiyanın növbəti hissəsi qüvvəyə minib və çalışdırıcı ümumilikdə 4 oyunluq cəza alıb.

Bu xəbər oxundu
- - -